Naxçıvan iqtisadiyyatı 2,4 faiz artıb

Naxçıvan iqtisadiyyatı 2,4 faiz artıbMuxtar respublikada 2022-ci ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olmuşdur.
*   *   *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-avqust aylarında 797 milyon 859 min 700  manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
*   *   *
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 674 milyon 786 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 644 milyon 911 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
*   *   *
2022-ci ilin yanvar-avqust aylarında 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 16563 ton, süd istehsalı 71266 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.
*   *   *
2022-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon 968 min 900 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 30 milyon 266 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
*   *   *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 191 milyon 355 min 700 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 31 faiz çoxdur. Verilmiş kreditlərin 16 milyon 84 min 200 manatı və yaxud 8,4 faizi qısamüddətli, 175 milyon 271 min 500 manatı və yaxud 91,6 faizi uzunmüddətli kreditlər olmuşdur.
*   *   *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
*   *   *
2022-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta­aylıq əməkhaqqı 595,6 manata çatdırılmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
*   *   *
1 avqust 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1909 nəfər artaraq 464 min 348 nəfər olmuşdur. / marja.az

Maliyyə     Tarix: 22 sentyabr 2022

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler bank faizleri telefonla pul qazanmaq valyuta xeberleri bitkoin almaq