"Naxçıvanbank"ın gələcək inkişaf strategiyası

®"Naxçıvanbank" ASC Naxçıvan Muxtar Respublikasında və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərməkdə davam edir. 
"Naxçıvanbank" ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir. Hazırda bank ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyədə xidmət göstərir.
Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın Naxçıvan filialı əsaslı təmirə getmiş və müasir standartlara cavab verəcək şəkildə yenilənərək əhalinin istifadəsinə verilmişdir. Hazırda şəhər daxilində yerləşdiyi əlverişli mövqe və yenilənən görünüşü ilə bankın Naxçıvan filialı xidmət keyfiyyətini daha da artırmışdır. 
"Naxçıvanbank" ASC-nin hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Baş ofis, 6 filial, 2 mübadilə məntəqəsi, həmçinin paytaxt Bakı şəhərində 1 filial  və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir. Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunmasını hədəfləyən Naxçıvanbank, bu istiqamətdə mühüm layihələr üzərində çalışır. 
Naxcivanbank.az saytına daxil olmaqla müştərilər onlayn bankçılıq xidmətlərindən yararlana bilərlər.
Saytda təqdim olunan müvafiq bölmələrə daxil olmaqla müştərilər Naxçıvanbankın filiallarının, ATM-lərinin yerləşdiyi ünvanlar, fərdi və korporativ bankçılıq, kommunal ödənişlər, kredit və əmanət şərtləri, eləcə də yeni kampaniyalarla bağlı ətraflı məlumat əldə edə bilərlər. 
Müştərilər onları maraqlandıran suallar, təklif və şikayətləri ilə bağlı müraciətlər bölməsinə daxil olmaqla bankla əlaqə yarada bilərlər.
/ banker.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler biznes krediti bank faizleri investisiya depozit faizleri