Neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər
Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər.
Bu barədə "Goldman Sachs Group, Inc"in analitik qeydində bildirilir.
Məlumata görə, qeyd olunan prosseslər "OPEC+"razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 mln. barel azaltmaq barədə razılığa gəliblər.
"Goldman Sachs" ilin ikinci yarısında "OPEC+" üzrə gündəlik hasilatının 1 mln.barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir.
"OPEC+" hasilat səviyyəsini dəyişməsə, o zaman "Brent" markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?