Neftin qiyməti bu səbəbə görə ucuzlaşır - EKSPERT AÇIQLADI
Dünya bazarında neftin qiyməti ötən həftəyə nisbətdə ucuzlaşıb. ICE London Birjasında "Brent" markalı neftin may fyuçerslərinin 1 bareli 82,52 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 76,1 ABŞ dolları təşkil edib. Maraqlıdır, neftin qiymətlərindəki dəyişiklik nə ilə əlaqədardır? Qiymətlər daha da ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq CəfərliKONKRET.az-ın suallarını cavablandırıb:
"Artıq bir neçə gündür, dünyada neftin ucuzlaşması davam edir. Amma bu kəskin ucuzlaşma deyil. Ucuzlaşmaya səbəb isə dolların bahalaşmasıdır. Bu da Federal Rezerv Sisteminin faiz artımından sonra baş verdi.
Dünyada belə bir yanaşma var: dolların indeksinin artması neftə təzyiq göstərir. Nəticədə neft qiymətlərində ucuzlaşma müşahidə olunur. Amma hazırda neftin qiyməti 80 dollar çərçivəsindədir. Bu o deməkdir ki, qiymətlər hələ də kifayət qədər yüksəkdir. Yaxın gələcəkdə neftin qiymətinin daha da düşəcəyini düşünmürəm. Ola bilər ki, qiymətlər 70-75 dollara qədər ensin".
N.Cəfərli bildirib ki, ilin ortalarından etibarən yenidən bahalaşma müşahidə oluna bilər:
"Amma ilin ortalarından etibarən Çinin neft istehlakını artırması ilə bağlı gözləntilər var. Ölkə artıq koronavirus pandemiyası ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırır. Neft istehlakını artırdıqca qiymətlər yenidən 90-95, hətta 100 dollara qədər bahalaşa bilər".
Fidan Ali,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?