Neftin qiyməti OPEC+ toplantısı öncəsi artır
Noyabrın 17-də ticarət zamanı Brent və WTI markalı neftin qiyməti artmaqda davam edir. "Bloomberg" neftin qiymətinin qalxmasını OPEC+ ölkələrinin nümayəndələrinin noyabrın 26-na planlaşdırılan görüşü ilə izah edir.
London ICE Futures birjasının ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 11:05-də Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 81.25 dollar təşkil edib. Əvvəlki sessiyanın bağlanış göstəricisi ilə müqayisədə qiymət 0.79% artıb. Noyabrın 17-də keçirilən ticarət zamanı Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 4.1% artaraq 80.61 dollar/barelə çatıb. WTI markalı neftin bir barelinin qiyməti 76.68 dollar (-0.84%) təşkil edib. Son sessiyanın sonunda qiymət 4% artaraq 75.89 dollar/barel olub.
Beynəlxalq Enerji Agentliyi (IEA) OPEC+ çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının könüllü neft hasilatını azaltmasının ilin sonuna qədər uzadılmasının neft bazarını 2023-cü ilə qədər "əhəmiyyətli kəsir" vəziyyətində qoyacağını proqnozlaşdırıb. IEA analitikləri qeyd ediblər ki, OPEC+ gündəlik tələbatdan 900 min barel az hasil edəcək. / banker.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq
Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə