"Nvidia"nın rəhbəri: Hər bir ölkənin öz suveren süni intellekti olmalıdır
"Nvidia"nın baş direktoru Jensen Huang deyib ki, ölkələr öz süni intellekt sistemlərinə sahib olmalıdırlar. Onun fikrincə, bu, həm süni intellektin inkişafına, həm də generasiya olunan məlumatlara nəzarəti təmin edəcək. Qeyd edək ki, bu gün "Nvidia"nın kapitallaşması "Alphabet" və "Amazon"dan daha yüksəkdir. O, Amerikanın üçüncü ən dəyərli şirkətidir.
Dubayda keçirilən hökumətlərarası Sammitdə "Nvidia"nın qurucusu bildirib ki, ölkələr suveren süni intellekt yaratmaq üçün çalışmalıdırlar. O, əlavə edib ki, inkişaf etməkdə olan bir ölkəyə rəhbərlik etsəydi, edəcəyi ilk şey bu ölkənin dili və mədəniyyəti haqqında məlumatları özünün tərtib etdiyi dil modelinə yükləmək olardı.
"Nvidia" qrafik prosessorların aparıcı təchizatçısıdır və tələbatın son artımı sayəsində böyük maliyyə uğurları qazanmışdır. İnvestorların gözləntiləri yüksəkdir, çünki şirkət keçən il süni intellekt çiplərinə artan tələbat fonunda gözləniləndən daha yaxşı nəticələr əldə etmişdir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Mcdonalds françayzinqi neçiyədir?
Bill Qeyts kimdir?
Marketinq nə demədir?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları