Ölkədə əsasən məmur iqtisadiyyatı üstünlük təşkil edir, büdcə isə daha çox sosialyönümlüdür" - AÇIQLAMA

Ölkədə əsasən məmur iqtisadiyyatı üstünlük təşkil edir, büdcə isə daha çox sosialyönümlüdürƏsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. İnkişaf edən sahələrdən biri də iqtisadiyyatdır ki, burada da əsas təməl prinsipi azad sahibkarlığın təmin olunmasıdır. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır. Belə ki, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və inkişaf etdirilməsi, eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin formalaşdırılması üçün təşviqatın aparılması dövlətin qarşısında prioritet təşkil edib. Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, mühit, xüsusən də "bir pəncərə" sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına daha da geniş imkanlar açıb. Təkcə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 6704 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınıb. Bütün bu addımlar azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, liberal iqtisadiyyat dövlətin müdaxiləsinin, tənzimləməsinin və vergilərin az olduğu, xarici ticarətin sərbəst, rüsumların isə çoxluğu ilə seçilən bir iqtisadiyyatdır: "Liberal sözünün kökündə azadlıq var. Yəni burada dövlət çox tənzimləmələr etməməlidir. Hətta liberal iqtisadiyyatın tərəfdarları dövlətin rolunu "gecə mühafizəçisi" kimi görürlər. Belə bir bədii ifadə üsulları da mövcuddur. Əslində tam liberal iqtisadiyyat dünyada yox səviyyəsindədir. Bunu az da olsa Amerikada görmək mümkündür. Avropada isə sosial bazar iqtisadiyyatı hökm sürür. Azərbaycan tam olaraq iqtisadiyyatın liberallaşdırılması yolunu tutmayıb. Ümumdünya Ticarət Təşkilatı ilə 1997-ci ildən danışıqlar gedir. Amma heç kim bu danışıqların səmimiliyinə inanmır. Bu təşkilata qoşulmaq istəmirik, sadəcə müzakirələr aparırıq. Hər il ÜDM-in daha çox hissəsinin büdcə vasitəsi ilə bölüşdürüldüyünü elan edirik. Məsələn, bu il büdcənin ÜDM-ə nisbəti 31,5 faiz olub və rekord rəqəm qeydə alınıb. Dövlət aparatları çox olduqca, mövcud resursları bölüşdürmə cəhdləri ona gətirib çıxarır ki, Azərbaycanda daha çox sosialyönümlü bazar iqtisadiyyatı modeli diqqət mərkəzinə çatır. Bu istiqamətdə qarşımıza  bir konsepsiya və ya strategiya qoyduğumuzu düşünmürəm. Sadəcə olaraq sosial gərginliyin olmamasına çalışırıq. Bu da sosiyalyönlü bazar iqtisadiyyatının formalaşmasına gətirib çıxarır".
Ölkədə əsasən məmur iqtisadiyyatı üstünlük təşkil edir, büdcə isə daha çox sosialyönümlüdürXalid Kərimli bildirib ki, azad sahibkarlıq və liberal iqtiadiyyat tərəfdarlarının fikrincə,  vergilərin və dövlətin tənzimləmələrinin az olması iqtisadiyyatda məhsuldarlığı artırır, daha layiqli şəxslərin varlanmasına gətirib çıxarır: "Sosialyönümlü bazar iqtisadiyyatının da öz şərtləri var. Burada insanlar üçün bərabər şəraitin yaradılması, var-dövlətin qanunla qazanılması və sair tələblər mövcuddur. Azərbaycanda məmur iqtisadiyyatı daha çox formalaşıb. İri holdinqlərin kimlərə məxsus olduğunu hər kəs bilir. Bir məmur vəzifədən getdikdən sonra onun holdinqinin 50-60 şirkətə sahib olduğu üzə çıxır. Yəni bizdə ümumi götürdükdə nə sosialyönümlü, nə də liberal iqtisadiyyat yoxdur. Əsasən məmur iqtisadiyyatı üstünlük təşkil edir. Büdcəmiz isə daha çox sosialyönümlü olmağa çalışır. Bazarın yaxşı işləməsi üçün rəqabətin çox olması və inhisarçılıqla mübarizə lazımdır. Azərbaycanda vəziyyət bu sahədə bərbaddır. İnhisarçılar da məmurlar olduğuna görə, tənzimləyici qurum ya onlarla bacarmır, ya da heç nə edə bilmir. Sovet dövrünün plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edə bilsək də, hələ bu sahəni tam formalaşdırmamışıq. Əsas gəlirlərimiz hələ də neft-qaz satışından əldə olunur. Bu gəlirlərin sayəsində nələrisə yarada və məşğulluğu təmin edə bilirik".
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna həsr olunub.
Ölkədə əsasən məmur iqtisadiyyatı üstünlük təşkil edir, büdcə isə daha çox sosialyönümlüdür

Xəbərlər     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler kicik biznes biznes qurmaq valyuta kurslari kripto