OPEC Azərbaycanda maye karbohidrogen hasilatının 60 min barel artacağını proqnozlaşdırır
OPEC 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel artacağını proqnozlaşdırır.
"2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel – ortalama 0.8 milyon barelə qədər artacağı proqnozlaşdırılır", – deyə OPEC-in aylıq hesabatında bildirilir.
OPEC qeyd edir ki, artım "Şahdəniz" və "Abşeron" qaz-kondensat yataqları hesabına təmin olunacaq. "2023-cü ildə "Azəri-Çıraq-Günəşli" blokundakı "Mərkəzi Şərqi Azəri" layihəsi çərçivəsində hasilata başlanıldıqdan sonra istehsal daha çox arta bilər", – deyə təşkilatda hesab edirlər.
OPEC-in qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0.7 milyon barel maye karbohidrogen (2021-ci ilin göstəricisindən 34 min barel az) hasil olunacaq.
"Köhnə yataqlardakı əsas azalmanın Xəzərin Azərbaycan sektorunda qaz hasilatı güclərini artıran BP-nin rəhbərliyi ilə "Şahdəniz" kimi digər yataqlarda hasilatın artırılması ilə kompensasiya olunacağı gözlənilir", – deyə OPEC qeyd edir. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Az pulla hansı işi qurmaq olar?
"iPhone 15" modelinin üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən çox maaş verən şirkətləri
CV hazırlayarkən buraxılan 5 səhv