OPEC+ ölkələri neft hasilatının azaldılmasını iyunun sonuna qədər uzadıb
OPEC+ ölkələri neft ixracının sutkada 2 milyon barel azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılığa gəlib. "Bloomberg" agentliyinin həmsöhbətlərinin dediyinə görə, əldə olunmuş razılaşmalara əsasən, Səudiyyə Ərəbistanı tədarük azalmasını sutkada 1 milyon barel səviyyəsində saxlamaqda davam edəcək.
2023-cü ilin noyabr ayının sonunda OPEC+ ölkələri neft tədarükünün azaldılmasını uzatmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı neft ixracını sutkada 1 milyon barel azaltmağı, Rusiya azalmanı 500 min barelə çatdırmağı, təşkilatın qalan ölkələri isə birlikdə neft ixracını sutkada 500 min barel azaltmağı öhdəsinə götürüb. Müqavilə 2024-cü ilin mart ayına qədər qüvvədədir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) fevralın 15-də dəsrc etdiyi hesabatda deyilir ki, 2024-cü ilin yanvarında qlobal neft tədarükü kəskin şəkildə sutkada 1.4 milyon barel azalaraq orta hesabla 101.45 milyon barelə düşüb. Agentliyin izah etdiyi kimi, tədarükün azalması OPEC+ ölkələrinin ixracatda yeni könüllü ixtisarlar, eləcə də kəskin soyuq hava ilə əlaqədar Şimali Amerikada neft hasilatında fasilələr fonunda baş verib. / banker.az
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin