Orxideya 4 manat, qızılgül 2,3 manat, qərənfil 11 qəpik – XARİCDƏN  AZƏRBAYCANA GÜLLƏR NEÇƏYƏ GƏTİRİLİR?

Orxideya 4 manat, qızılgül 2,3 manat, qərənfil 11 qəpik – XARİCDƏN  AZƏRBAYCANA GÜLLƏR NEÇƏYƏ GƏTİRİLİR?8 Mart Beynəlxalq Qadınlar bayramı ölkədə ən çox gül alındığı gün olmaqla yanaşı, həm də gül biznesinə baxış vaxtıdır.
8 Martda gül dükanlarında - QİYMƏTLƏR NECƏ OLACAQ?
FED.az xəbər verir ki, Azərbaycanda satılan güllərin bir hissəsi xaricdən idxal edilir. Dövlət Statistika komitəsinn məlumatına görə, 2022-ci ildə ölkəyə xaricdən 6,7 milyon dollarlıq müxtəlif güllər idxad edilib. 2021-ci illə müqayisədə bu göstərici təqribən 10% artıb – əvvəlki ilə gül idxalı 6,1 milyon  dollar idi.
Azərbaycana xaricdən gül idxalının böyük hissəi qızıl güllərin payına düşür – 2022-də xaricdən 4 milyon 168 min dollarlıq - kəsilmiş təzə qızılgüllər, buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün qızılgül gətirilib – bu ümumi idxalın 62%-i deməkdir.
Bu məbləği ölkəyə 3 milyon 145 min ədəd qızılgül gətirilib, bu hesabla 1 gülün idxalı– 1,35 dollar və ya 2,3 manata başa gəlib.  2021-ci ildə isə qiymət 1,16 dollar və ya 2 manat idi. 
Daha 204 min ədəd qızılgül isə peyvənd edilmiş və ya edilməmiş – ümumi qiyməti 362 min dollar olaraq idxal edilib. Bir gülün idxal qiyməti 1,77 dollar və ya 3 manat olub. 2021-ci ildə bunların qiyməti 2,3 dollar və ya 3,9 manat idi. 
Bundan başqa, ötən il xaricdən Azərbaycana kəsilmiş  və buket düzəltmək üçün yararlı olan 2 milyon 512 min ədəd qərənfil gətirilib. Onların ümumi xərci 158 min dollar  olub – bir qərənfilin idxcal qiyməti - 6,3 sent və ya 11 qəpik təşkil edib. 2021-ci ildə bu rəqəm 5 sent və ya 9 qəpik idi.
Kəsilmiş və buket düzəltmək üçün yararlı olan təzə səhləbçiçəyi (orxideyalar) isə 44 min ədəd gətirilib, ümumi xərci 100 min dollar  təşkil edib, yəni 1 gülün idxal qiyməti 2,3 dollar və ya 3,9 manatdır. 2021-ciildə qiymətlər 2 dollar və ya 3,4 manat idi.
Kəsilmiş təzə xrizantemalar – 89 min ədəd idxad edilib. Onların ümumi dəyəri 79 min dollar, bir gülün qiyməti 0,89 dollar və ya 1,5 manat olub.  2021-ci ildə 0,9 dollar və ya 1,6 manat idi.
Kəsilmiş təzə zanbaqlar (yəni buket düzəltmək üçün yararlı olan) 75 min ədəd gətirilib. Onlara ümumilikdə 143 min dollar xərc çəkilib, beləliklə 1 gül 1,9 dollar və ya 3,2 manata başa gəlib.  2021-ci ildə isə 1,8 dollar və ya 3,1 manat idi.
Ölkəyə qızılgüld və qərənfildən sonra ən çox gətirilən güllər qladioluslar olub - 810 min ədəd. Onların idxalına ümumilikdə 884 min dollar xərc çəkilib, nəticədə 1 gül 1,1 dollar və ya 1,85 manata başa gəlib.  2021-ci ildə isə bu güllər 0,97 dollar və ya 1,6 manata idxal edilmişdi.
Ölkəyə gül qismində gətirilən digər bitkilər isə tonla hesablanır. Belə ki, 2022-ci ildə Azərbaycana 39 ton kəsilmiş digər güllər gətirilib. Onlara 360 min dollar xərclənib. Nəticədə güllərin 1 tonu 9,3 min dollar və ya kiloqramı 9,3 dollar – 16 manata başa gəlib.  2021-ci ildə bu qiymət 8,3 dollar və ya 14 manat idi .
Yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz başqa hissələri də tonla gətirilir – 2022-də belə güllərin həcmi 33 ton, idxal qiyməti 431 min dollar olub. Nəticədə 1 tonu 13 min dollar və ya 22 min manat, kiloqramı 22 manata başa gəlib. 2021-ci ildə bu rəqəmlər 14,3 dollar və ya  24 manat olmuşdu.

Biznes     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri