Ötən il banklar nə qədər qazanıb? - Əhalinin kredit borcu 1.2 milyard artıb

Ötən il banklar nə qədər qazanıb? - Əhalinin kredit borcu 1.2 milyard artıbMərkəzi Bank Azərbaycan bank sektorunun ötən ilə aid göstəricilərini açıqlayıb. Baş bankdan verilən məlumata görə, kommersiya qurumları 2022-ci ildə mənfəətlərini kəskin artıraraq 915 milyon manata çatdırıblar. 
Xatırladaq ki, 2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Deməli, banklar bir il içində öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.
Ən çox mənfəət əldə edən bankların ilk üçlüyü dəyişməyib. "Kapital Bank" 308 milyon manat qazancla birinci, Beynəlxalq Bank 254 milyon manatla ikinci, "Paşa Bank" isə 149 milyon manat mənffətlə üçüncü olub. Beləliklə ümumi gəlirin 661 milyon manatı – 79 faizi bu üç bank arasında bölünüb.
Xatırladaq ki, Beynəlxalq Bankın səhmlərinin yarıdan çoxu dövlətə məxsusdur.
Mənfəttin qalan 21 faizi isə qalan 21 bank arasında bölünüb. Onların arasında dövlətə məxsus digər bank – "AzərTürk Bank" da gəlirlərini 2021-ci ildəki 546 min manatdan 11 milyon manata qədər yüksəldib.
Bankların kredit portfelinə gəlincə 3 milyardlıq böyümə var. Əgər 2021-ci ilin sonunda toplam 16 milyard 659 milyon manat bank krediti vardısa, 2022-ci ilin sonunda həmin rəqəm 19 milyard 594 milyon manata yüksəlib
Rəsmi rəqəmlərdən aydın olur ki, bank sektorunun kredit portfelində ilk yeri hələ də biznes kreditləri tutsa da, istehlak kreditləri nisbətdə daha çox artıb.
Ötən ilin sonuna kredit portfelinin 55.4 faizi biznes kreditlərinin payına düşüb. 2021-ci ilin sonunda bu rəqəm 58.5 faiz idi.
2022-ci il boyunca biznes krediti portfeli 1 milyard 115 milyon manat və ya 11.4 faiz böyüsə də, eyni zaman dilimində istehlak kreditlərinin həcmi 5 milyard 574 milyon manata çatıb. Bu o deməkdir ki, il ərzində əhalinin banklara borcu 1 milyard 236 milyon manat və ya 27.3 faiz artıb və nəticədə istehlak kreditlərinin toplam kredit portfelində payı 27.1 faizdən 29.4 faizə yüksəlib.
"AzPolitika.info" / konkret.az

Xəbərlər     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler kicik biznes biznes qurmaq valyuta kurslari kripto