Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək
Bakıda Pakistanın dəstəyi ilə İKT mütəxəssislərinin hazırlanması üçün yaradılacaq təlim mərkəzi bu ilin sonunadək fəaliyyətə başlaya bilər.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında bildirilir.
Qurum mərkəzdə hansı istiqamətlər üzrə tədrisin aparılacağını da açıqlayıb:
"Yeni təlim mərkəzində əsasən süni intellekt (AI) və "QA" (Quality Assurance) üzrə mütəxəssislər hazırlanacaq. Hazırda təlim mərkəzi üçün yerin seçilməsi və proqramın müəyyən edilməsi prosesi gedir. Yəqin ki, ilin sonuncu rübünə dərslərə başlamaq olar".
Agentlikdən bildirilib ki, hazırda bu sahələrdə ölkəmizdə mütəxəssislərin çatışmazlığı var və bu səbəbdən də tədrisin həmin sahələrlə bağlı olması razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistana səfəri çərçivəsində iyulun 19-da bu ölkənin Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.
Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanmasına dair COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq. / banker.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind