"PAŞA Bank" 2024-cü ilin ilk üç rübündə 554.12 mln. manat gəlir, 146.78 mln. manat xalis mənfəət edib
Ölkənin ən iri korporativ bankı "PAŞA Bank" ASC 2024-cü ilin ilk üç rübü ərzində 554.12 mln. manat ümumi gəlirə qarşı 146.78 mln. manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Keçən il bankın xalis mənfəətinin həcmi 147.27 mln. manat olmuşdu.
2024-cü ilin yanvar-sentyabr dövründə "PAŞA Bank"ın faiz gəlirləri 359.48 milyon manat olmaqla ki, bu göstərici 2023-cü ilin eyni dövründən 11 faiz çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərindən ibarətdir və bu məbləğ 195.24 milyon manat, ticarət və investisiya qiymətli kağızlardan gəliri isə 102.03 mln. manat olub.
Bankın qeyri-faiz xərcləri isə illik 17 faiz artaraq 268.61 mln. manata yüksəlib.
Beləliklə, ilin ilk üç rübündə 193.31 mln. manat əməliyyat mənfəəti əldə edib.
1 oktyabr 2024-cü il tarixinə bankın kapital balansında 420.85 mln. manat bölüşdürülməmiş mənfəət var.


AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Amazonda satış etmək üçün bilməli olduqlarınız
McDonalds haqqında maraqlı faktlar
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın ən varlı 10 adamı