"PAŞA Bank" "Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları" adlı konfrans keçirir

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" "Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları" adlı konfrans keçirir.
23 oktyabr tarixində Bakıda baş tutan tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Konfrans Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üçün milli prioritetlər kontekstində iqlim maliyyəsi məsələlərinin əhəmiyyətinə fokuslanıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bundan başqa, iqlim maliyyəsinin biznesə müsbət təsiri və çağırışlar, requlyatorun makroiqtisadi çağırışlar vasitəsilə iqlim maliyyəsinin stimullaşdırılmasında rolu, hökumət, banklar və iqtisadiyyatın özəl sektoru arasında əməkdaşlıq, Azərbaycanda iqlim maliyyəsini dəstəkləyən və stimullaşdıran hüquqi alətlər və digər məsələlər tədbirin əsas müzakirə mövzularıdır.
Konfransın işində energetika nazirinin müavini və COP29-un icraçı direktoru Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Anar Axundov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov, "Azerbaijan Green Energy Company"nin maliyyə direktoru və idarə heyətinin üzvü Xəyalə Nağıyeva, "Deloitte Azərbaycan"ın idarəedici partnyoru Nuran Kərimov, bir sıra beynəlxalq ekspertlər, 100-ə yaxın sahibkar və real sektorun təmsilçiləri iştirak edirlər.
Xatırladaq ki, "PAŞA Bank" 2023-cü ildə BMT Qlobal Sazişinin üzvü olub. Bankın "2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası" həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında "iqlim dəyişikliyinə qarşı mübarizə" sahəsi xüsusi yer tutur və Bank cari strateji dövr ərzində bu istiqamət üzrə fəaliyyətini genişləndirmək niyyətindədir. / banker.az

Banklar     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy


iqtisadi xeberler valyuta mezennesi telefonla pul qazanmaq bitcoin birbank