PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi

PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi®PAŞA Bank 2 sentyabr 2026-cı il tarixindən etibarən yeni biznes hesabı açan sahibkarlar üçün "Xoş gəldin" tarif paketlərini istifadəyə verib. Paketlər sərfəli tariflər və yüksək dövriyyə limitləri təklif edir.
Müştərilər dövriyyə həcmi və biznes ehtiyaclarına uyğun olaraq üç paketdən birini seçə bilərlər. Paketlərin aylıq qiyməti müvafiq olaraq 25, 85 və 165 manatdır. Paketlərə ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı ödənişləri, valyuta mübadiləsi, hesaba mədaxil və hesabdan məxaric əməliyyatları üzrə xüsusi tariflər daxildir. Sahibkarlar, həmçinin bankın seçilmiş ödənişli məhsul və xidmətlərindən pulsuz istifadə edə bilərlər.
Paketlərin əlavə üstünlükləri sırasında satış, biznesin idarə edilməsi, strategiya, insan resursları, vergi, mühasibatlıq və maliyyə sahələri üzrə ödənişsiz konsultasiyalar, eləcə də tərəfdaş şirkətlərin təqdim etdiyi 30 %-dək endirimlər yer alır.
Yeni biznes hesabı açan sahibkarlar hesabın açıldığı tarixdən etibarən 6 ay ərzində paketlərdən birini seçə bilərlər. Seçilmiş paket aylıq əsasda təqdim olunur və hər ay avtomatik yenilənir.
Yeni tarif paketləri sahibkarların bank xərclərini optimallaşdırmaq və bizneslərinin inkişafı üçün ehtiyac duyduqları xidmətləri bir paket daxilində təqdim etməyi hədəfləyir. Tarif paketləri haqqında ətraflı məlumat almaq və sifariş etmək üçün linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli təqdim edir. PAŞA Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. Bank son illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. / banker.az

Banklar     Tarix: 02 sentyabr 2026

Oxşar xəbərlər

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan "The Digital Banker" "Global AI Innovation Awards 2026" mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə "Best AI-Powere

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb

"Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 60 milyon 406 min manat və ya 24,8% artaraq 304 milyon 43 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım istehlak kreditlər

"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır

"Rabitəbank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 84 milyon 124 min manat və ya 8,9% artaraq 1 milyard 25 milyon 413 min manata çatıb. Kredit portfelində ən böyük pay bizne

Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib

Bank sektorunda uğurlu fəaliyyət yalnız gəlirlərin artımı ilə deyil, həm də aktivlərin keyfiyyəti, resurs bazasının sabitliyi, kapitalın adekvatlığı və əməliyyat səmərəliliyi kimi fundamental göstəricilər üzrə əldə oluna

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq


iqtisadi xeberler dollar manat kursu biznes ideyalari valyuta kurslari biznes krediti