"PAŞA Bank"ın təşkilatçısı olduğu "Rəqəmsal Zirvələr 2023" konfransına qeydiyyat başlayıb

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın təşkilatçılığı ilə keçirilən və texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini yerli bazarda tətbiq etmək üçün geniş şərait yaradan "Rəqəmsal Zirvələr 2023" beynəlxalq konfransına qeydiyyat başlayıb.
6-7 dekabr 2023-cü ildə baş tutacaq beynəlxalq tədbirdə aparıcı məhsul sahibləri, dizaynerlər, data ekspertlər və İT mütəxəssislər bir araya gələcəklər. "Fokusda qalın" şüarı altında keçiriləcək tədbirdə yerli və beynəlxalq mütəxəssislər "DevOps", "Product Hunt", "Data" və "Dizayn" istiqamətlərini əhatə edərək, cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşacaqlar.
"Rəqəmsal Zirvələr 2023" konfransı hibrid formatda keçiriləcək və orada həm canlı, həm də "YouTube" sosial şəbəkəsi üzərindən iştirak etmək mümkün olacaq.
Tədbirdə fiziki olaraq iştirak etmək üçün  veb-saytında qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat 30 noyabrda bitəcək.
Xatırladaq ki, "Rəqəmsal Zirvələr" konfransı 2021-ci ildən etibarən keçirilir. "PAŞA Bank" maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir. / banker.az

Banklar     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti


iqtisadi xeberler valyuta xeberleri rubl mezenne bitkoin emlak xeberleri