PASHA Bank Georgia illik hesabatları açıqladı – Bankın artım tempi Gürcüstan Bank sektorunun artımını üstələyir

PASHA Bank Georgia illik hesabatları açıqladı – Bankın artım tempi Gürcüstan Bank sektorunun artımını üstələyir"PASHA Holding" MMC-nin Gürcüstandakı törəmə bankı "PASHA Bank Georgia" SC 2024-cü ildə 8.29 milyon Gürcü larisi (hesabat tarixinə ~2.80 ABŞ dolları) həcmində xalis mənfəət əldə edib.
Banker.az bu barədə bankın "E&Y" audit şirkəti tərəfindən tərtib etdiyi müstəqil audit hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə xalis mənfəətin 5 dəfəyə yaxın artımı deməkdir. Halbuki Bank 2023-cü ildə 1.7 mln. lari xalis mənfəət əldə etmişdi.
"PASHA Bank Georgia" keçən il ümumilikdə 49.19 mln. lari faiz gəliri əldə edib və bankın xalis faiz gəlirlərinin həcmi  23.67 mln. lari olub. Törəmə bankın ötən il uğur qazandığı mövqelərdən biri də onun dilinqdə (məzənnə fərqi üzrə) qeydə alınan 15.39 mln. larilik mənfəətidir. Bu, öncəki ildən 2 dəfədən çoxdur. Bank qeyri-faiz əməliyyatlarında gəlirlərini nəzərə çarpacaq həcmdə yüksəldərək 11.92 mln. laridən 14.89 mln. lariyə qaldırıb.
Bankın əməliyyat xərcləri ötən il gəlirlərlə müqayisədə daha çox azalıb. Bank optimallaşmadan 6 mln. lariyə qədər faydalana bilib və bu xərclər son iki ildə 40.37 mln. laridən 34.69 mln. lariyə qədər azalıb.
BANK KƏSKİN BÖYÜYÜR…
"PASHA Bank Georgia"nın keçən il aktivləri 33 faiz artımla 706.93 mln. lariyə çatıb. Bu artım əsasən müştərilərə verilən kreditlər və kredit təşkilatlarından daxil olan məbləğlərin artması ilə bağlıdır.
Yeri gəlmişkən, "PASHA Bank Georgia" 33 faiz artımla keçən il cəmi 19% artım göstərən Gürcüstanın bank sektorunun dinamikasını xeyli üstələyir. Gürcüstanda iqtisadi artım dinamikası 5%, illik inflyasiya isə 1.9 faiz olub.
Müştərilərə verilən kreditlər 2023-cü ildə 336.11 milyon lari ikən, 2024-cü ildə 351.50 milyon lariyə qədər artaraq 4.6 faiz artım göstərib. Kredit portfelinin strukturuna diqqət yetirdikdə, korporativ kreditlər illik 31 faiz artımla 192.2 milyon lari, kommersiya kreditləri 25 faiz artımla 169.4 milyon lari artim görünür.
Kredit təşkilatlarından daxil olan məbləğlər hesabat ilində 3 dəfə artaraq 121.55 milyon lariyə, investisiya qiymətli kağızları isə 24 faiz artımla 81.07 milyon lariyə yüksəlib.
Bankın ümumi öhdəlikləri 2023-cü ildə 420.06 milyon lari ikən, 2024-cü ildə 586.32 milyon lariyə qədər yüksələrək 39.6 faiz artım göstərib. Əsas artım kredit təşkilatlarına və müştərilərə olan öhdəliklərin artması ilə bağlıdır. Kredit təşkilatlarına olan öhdəlikləri illik 64.9 faiz artımla 148.70 milyon lariyə, müştərilərə olan öhdəlikləri 36.4 faiz artımla 394.29 milyon lariyə çatıb.

Banklar     Tarix: 17 mart 2025

Oxşar xəbərlər

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


iqtisadi xeberler en son xeberler biznes krediti biznes qurmaq bu gunun xeberleri