Prezident:  "İşçilərin sayı nə qədərdir?" MMC-nin rəhbəri:  "34 nəfər, hamısı Sumqayıt sakinləridir"

Prezident:  Sumqayıtda səfərdə olan prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış oldu. 
FED.az xəbər verir ki, tədbirdə bildirilib ki, 2021-ci il yanvarın 18-də dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib.
Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan "Rustavi azot" müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır.
Qeyd edildi ki, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.
Prezident İlham Əliyev: İşçilərin sayı nə qədərdir?
MMC-nin rəhbəri: 34 nəfər, hamısı Sumqayıt sakinləridir. Onlardan dörd nəfər Vətən müharibəsi iştirakçısıdır, bir nəfər qazimiz var. Hamısı işlə təmin olunub.
Prezident İlham Əliyev: Çox yaxşı.
Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı.

Biznes     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

"Araş" firmasına yeni rəhbər təyin olunub

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasının rəhbəri dəyişib. xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullaye

Rəsmi məlumat deyir ki, Xankəndidə restoranların illik dövriyyəsi – CƏMİ 1,2 MİLYON MANATDIR

Ötən il Xankəndi şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 1 milyon 270,5 min manat olub. . Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu xəstəliklə mübarizədə vaxtında müayinə və erkən aşkarlanma mühüm rol oynadığı kimi, yarana biləcək maliyyə çətinliklərinə qarşı əvvəlcədə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ

"Misri Private Dining & Terrace" yüksək zövqlü interyeri və zəngin mətbəxi ilə diqqət çəkir. xəbər verir ki, şəhərin səs-küyündən uzaq, rahat və prestijli atmosfer axtaranlar üçün nəzərdə tutulan bu məkan hə


iqtisadi xeberler valyuta xeberleri dollarin kursu bu gun bitcoin qiymeti rubl mezenne