Professor Hikmət İbrahimov vəfat etdi - FOTO
Kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, professor Hikmət İbrahimov vəfat edib.
KONKRET.az xəbər verir ki, o, avqustun 23-də 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Camal oğlu İbrahimov 1951-ci ildə Naxçıvan şəhərində anadan olub.
1968-ci ildə C.Məmmədquluzadə adına 2 saylı Naxçıvan şəhər orta məktəbi gümüş medalla bitirib, həmin il Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub.
1979-cu ildə dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini alıb.
2010-cu ildə H.İbrahimov "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb, 2019-cu ildə "Neft kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb.
O, xaricdə və ölkə daxilində 335 elmi əsərin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsi və patentin, üç dərsliyin həmmüəllifi idi. Alimin 90-dan çox elmi məqaləsi Rusiyanın və dünyanın bir sıra aparıcı jurnallarında dərc edilib.
Onun nanohissəciklərin alınmasına və tətbiq sahələrinin araşdırılmasına həsr edilmiş həmmüəlif məqalələri İngiltərə, Almaniya, ABŞ və digər ölkələrin yüksək reytinqli jurnallarında nəşr olunub.
Hikmət İbrahimov 2011-2021-ci illərdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.


AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Cash Back nədir?
Biznes plan necə yazılır?
Bitcoin nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?