Pulun bir neçə bankda cəmləşməsinin qarşısı alınır - "Banklar depozit sahəsində aktiv rəqabət aparmağa başlayıblar"

Pulun bir neçə bankda cəmləşməsinin qarşısı alınır - "Mərkəzi Bankın yenilənmiş məcburi ehtiyat qaydaları bank sektorunda təmərküzləşməni azaltmaqla bərabər, depozit sahəsində aktiv rəqabətə səbəb olub. Əvvəllər böyük banklarda əmanət faizləri 5-6 faiz, digər banklarda 10-11 faiz aralığında idi. İndi isə bu normalaşıb".
Marja.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mərkəzi Bankın sədri qeyd edib ki, yenilənmiş məcburi ehtiyat qaydaları iri bankların xərclərini artırır:
"Təmərküzləşmə (cəmlənmə, toplanma, mərkəzləşmə - red) məsələsinə gəldikdə -  məcburi ehtiyat qaydalarına baxsaz, orada təmərküzləşmənin aradan qaldırılması üçün normalar yaratmışıq. Hansı bankda həddindən artıq təmərküzləşmə varsa, onlar daha çox məcburi ehtiyatlar yaratmalıdırlar. Hansı bankda təmərküzləşmə var idi - indi onların xərcləri daha çox artır, çünki daha çox məcburi ehtiyatlar saxlamalıdırlar. Bunun nəticəsi olaraq görürük ki, həmin banklarda təmərküzləşmə cüzi də olsa azalmaqdadır. 
Həm də böyük, sistem əhəmiyyətli banklar digər banklar ilə öhdəlik tərəfdə rəqabət aparmağa başlayıblar. Böyük banklarda əmanət faizləri  5-6 faiz, digər banklarda 10-11 faiz aralığında idi. İndi isə bu normalaşıb. Bunun nəticəsi olaraq banklar depozit sahəsində aktiv rəqabət aparmağa başlayıblar".  
Taleh Kazımov, "Bu il məcburi ehtiyat normalarının dəyişdirilməsi - azalıldılması və ya artırılması planımız yoxdur", -əlavə edib. 
Mərkəzi Bankın sədri bildirib ki, ötən 3 il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 54 faiz artıb:
"Apreldə mənim Mərkəzi Bankda 3 ilim olacaq. 3 il ərzində Mərkəzi Bankın ehtiyatları 54% artıb. Bu o deməkdir ki, Mərkəzi Bank 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% valyuta ekvivalentində manat çap edib. Bank sektorunda kifayət qədər yüksək likvidlik var idi. Bir fürsət idi ki, biz o likvidliyi sterilizasiya edərək ehtiyatları artıraq. Biz 3 il ərzində ehtiyatlarımızı 54% artırdıq, bu hamımızın kifayət qədər böyük uğurudur". 

Banklar     Tarix: 22 yanvar 2025

Oxşar xəbərlər

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb


iqtisadi xeberler pul qazanmaq biznes xeberleri dollar məzənnəsi bitkoin