"Qarabağ"ı udacağımızı gözləmirdim - Fukal
"Viktoriya"nın mərhələni keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Çexiya millisinin sabiq futbolçusu Milan Fukal "Viktoriya" (Plzen) komandasının evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
47 yaşlı veteran müdafiəçi bildirib ki, Plzen təmsilçisi Mixal Bileki baş məşqçi təyin etməklə, ötən ilin yazında başladığı səyahətin zirvəsinə çatıb: "Bu komandanı çoxdan bəyənirəm, "Viktoriya"nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim. Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir".
Onun sözlərinə görə, "Viktoriya" hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirdi: "Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək".
Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ"la qolsuz heç-heçə edən "Viktoriya" ev qələbəsi sayəsində Çempionlar Liqasının qrup mərhələsinə çıxıb. "Köhlən atlar" isə mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Cash Back nədir?
Biznes plan necə yazılır?
Bitcoin nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?