Qazaxıstanda yerli məclis paytaxtın adının geri qaytarıması ilə bağlı qərar QƏBUL ETDİ
Qazaxıstan paytaxtının (yerli nümayəndəlik orqanı) məslixatı şəhərin keçmiş adının – Astananın qaytarılmasını dəstəkləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin paytaxtının adı 2019-cu ilin martında ilk prezident Nazarbayevin şərəfinə dəyişdirilib.
Səsvermədən sonra sənəd baxılmaq üçün Qazaxıstanda toponimlərin adlarının dəyişdirilməsi ilə məşğul olan respublika onomastika komissiyasına göndəriləcək.
"Dünya praktikasında paytaxtların, ştatların adlarının dəyişdirilməsi ilə bağlı nümunələr var. Mən Astana adının qaytarılmasını dəstəkləyirəm. Çünki bu illər ərzində tanınan brendə çevrilib", – deputat Askar Smaqulov konfransda deyib.
Xatırladaq ki, 2019-cu ilin mart ayında Qazaxıstanın paytaxtı Astana ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb. Qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qəbul edilib. 2022-ci il sentyabrın əvvəlində "Jana Kazaxıstan" parlament qrupu keçmiş adın paytaxta qaytarılmasını təklif edib.
Qeyd edək ki, bundan əvvəl şəhər üç dəfə adını dəyişib. 1830-cu ildə yarandığı gündən şəhər Akmolinsk, 1961-ci ildə Tselinoqrad, 1992-ci ildə Akmola, 1998-ci ildə isə Astana adlandırılıb və paytaxt ora köçürülüb. Qazax dilindən Astana "paytaxt" kimi tərcümə olunur.
İqbal Rzayev,
KONKRET.az

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
PAŞA Bank-ın dəstəyi ilə keçirilən "AI for Good" layihəsi başa çatdı
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB
ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Santander 2018-ci ildən bəri ilk dəfə İspaniyanın ən bahalı açıq şirkətinə çevrilib
Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnvestisiyanın necə cəlb etmək olar?
Shopify-da necə satışa başlamaq olar?
5 liderlik göstəricisi
ƏDV geri al və onun üstünlükləri