Qazilərin intiharında "Vyetnam sindromu" izləri - RƏY

Qazilərin intiharında "Dünyada baş verən müharibələrdən sonra döyüşdən sağ qayıtmış insanlar arasında depressiya, özünəqəsd, post-travmatik stress hallarının baş verdiyinə dair məlumatlar var. Azərbaycan da müharibə dövrü keçən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsi dövründə qazilərimiz bədənlərinin müxtəlif əzalarını itirib. Anadangəlmə sağlam insanın bir ayın içində əlini, ayağını, gözünü itirməsini birdən-birə qəbul etməsi asan deyil".
Bu fikirləri "Report"a açıqlamasında klinik-psixoloq Ofelya Məmmədova deyib.
Onun sözlərinə görə, bir insanın əlsiz, ayaqsız, gözsüz yaşamağı psixoloji baxımdan ona tədricən alışdırılmalıdır:
"Tək protez qoymaqla bəzi məhdudiyyətlər aradan götürülsə də, psixoloji baxımdan sağlam deyillərsə qüsurlarını qəbul etməyecəklər. Odur ki, bütün dövr ərzində qazilərə psixoloji yardım göstərilməlidir".
Psixoloq qeyd edib ki, intiharın da psixologiyası var:
"İnsan qəbul etmədiyi fiziologiyaya görə etiraz edir. Müharibə iştirakçılarının, hərbçilərin müharibə dövründə gördükləri dəhşətlər və yaralar onlar üçün ağır travmadır. Çünki müharibə vaxtı ayağını, qolunu, gözlərini itirənlər var. Eyni zamanda bədənində olan qəlpə yaraları fiziki ağrı verdiyi kimi, psixoloji cəhətdən aldıqları travmalar mənəvi ağrılar yaşadır. Bu gün qazilərimizdə daha çox müşahidə edilən problemlər arasında kontuziya, nitqin itməsi, obsessiv-kompulsiv pozuntular, fobiyalar, travmadan sonrakı stress sindromu və travmatik stress sindromudur".
Ofelya Məmmədova
O.Məmmədova çıxış yolu olaraq həmin şəxslərin diqqətdən kənarda qalmamalı olduqdlarını bildirib:
"Çünki onların psixologiyası o qədər həssas olur ki, hər xırda bir yanlışlıq, misal olaraq, kiminsə gülüşü və xoşuna gəlmədiyi baxışları onları utandıra və ya əsəbləşdirə bilər. Onların fiziki məhdudiyyətləri özgüvənsizlik yaratdığı üçün özlərini lazımsız və yararsız biri kimi hiss edirlər. Hər kəs çalışmalıdır ki, onlara qarşı hər hansı etinasızlıq yaradacaq hiss kimi başa düşüləcək nəsə yaratmasın. Onlara özlərinin edə biləcəyi kiçik tapşırıqlar vermək lazımdır ki, cəmiyyətə özlərini yararlı hiss etdiklərini düşünsünlər. Özünü lazımsız və tənha hiss edəndə insan intihara meyilli olur. Həmçinin, tərk edildiyini hiss edəndə də bu yola əl atırlar. Bu gün qazilərin çoxu özlərini bu vəziyyətdə hiss edir. Onlar üsyan edib dəyişə bilmədikləri durumları qəbul etmədikləri halda intihara cəhd edirlər. Psixologiyada belə bir deyim var: - insan intihar etmədən öncə onu intihara sürükləyən hər nədirsə onu öldürməlidir".
Qeyd edək ki, müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə vereranı intihar edib. Mütəxəsislər "Vyetnam sindromu" termini ilə baş verənlərinin görünməyən tərəflərini ortaya çıxarıblar. Hazırda Ukraynada davam edən müharibədə də bu hallara tez-tez rast gəlinir. Belə ki, Ukraynanın Baş hərbi prokuroru Anatoli Matios bildirib ki, Donbasın ilhaqından sonra ən azı 554 hərbçi intihar edib. Onun sözlərinə görə, döyüşlər zamanı 3784 Ukrayna əsgəri həlak olub və belə çıxır ki, öldürülən hər yeddi əsgərə bir nəfər intihar edən düşür.

Xəbərlər     Tarix: 14 iyul 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler dollar məzənnəsi birbank depozit faizleri investisiya