Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib
Qırğızıstanın Batken vilayətində Tacikistan hərbçiləri tərəfindən əvvəllər ələ keçirilən bir sıra yaşayış məntəqələri azad edilib.
Bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Batken vilayətində əvvəllər ələ keçirilmiş bir sıra yaşayış məntəqələri azad edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında olan yerli özünüidarəetmə orqanları vasitəsilə humanitar yardımın çatdırılması üçün yerlərdə müvafiq tədbirlər təşkil olunur", – mətbuat xidməti bildirib.
Nazirliyin məlumatına görə, Qırğızıstan və Tacikistan arasında yaradılmış komissiya dövlət sərhədinin perimetri boyunca vəziyyətin sabitləşdirilməsi məqsədilə daimi əsasda ikitərəfli danışıqlar aparır.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsindən əlavə olunub ki, yerli hakimiyyət orqanlarının rəhbərləri regionda ictimai-siyasi vəziyyəti nəzarətdə saxlayır.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi