Qırğızıstanda beynəlxalq tranzit logistika mərkəzi yaradılır

Qırğızıstanda beynəlxalq tranzit logistika mərkəzi yaradılırÖzbəkistan-Qırğızıstan İnkişaf Fondu Qırğızıstanın Batken vilayətinin Qızıl-Kiya şəhərində beynəlxalq tranzit logistika mərkəzinin yaradılması layihəsi üzərində işləyir. Bu barədə iyulun 14-də Qırğız Respublikası Nazirlər Kabinetinin ölkə prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən iclasında Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov bildirib.
Onun sözlərinə görə, Qızıl-Kiyadakı köhnə şəhər hava limanının yerində yeni obyektin tikintisi planlaşdırılır, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır.
"Ümid edirik ki, bu layihə Çindən Fərqanə vadisinə və daha sonra Avrasiya İqtisadi Birliyi ölkələrinə, eləcə də Avropaya yeni ticarət marşrutu açacaq", – Akılbek Japarov bildirib.
Digər birgə inkişaf fondlarının fəaliyyətini şərh edən Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri xatırladıb ki, Macarıstan-Qırğızıstan İnkişaf Fondu artıq fəaliyyətə başlayıb, Rusiya-Qırğızıstan İnkişaf Fondu isə artıq 2022 ilin əvvəlindən 75 mln. ABŞ dolları dəyərində 20 layihəni maliyyələşdirib.
Xatırladaq ki, bu yaxınlarda yaradılan Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 50 mln. dollar olsa da, onun 200 mln. dollara çatdırılması planlaşdırılır.
Qeyd olunur ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana son səfəri zamanı bu ölkə ilə kapitalı 1 mlrd. dollara çata biləcək birgə investisiya fondunun yaradılması məsələsi müzakirə olunub. Bundan əvvəl isə Qırğızıstan rəhbəri Türkmənistan lideri ilə nizamnamə kapitalı 100 mln. dollar olan Qırğızıstan-Türkmən inkişaf fondunun yaradılması barədə razılığa gəlib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev isə bildirib ki, "ÇXR ilə investisiya fondunun yaradılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda hökumətlərarası görüşlər keçiriləcək, bundan əlavə, ərəb ölkələrinə də oxşar təklif göndərilib".

Xəbərlər     Tarix: 14 iyul 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler dollar məzənnəsi birbank depozit faizleri investisiya