Qlobal bazarlarda son vəziyyət
Çərşənbə axşamı ABŞ-da açıqlanan "Conference Board" (CB) İstehlakçı Güvən İndeksinin mart ayında 103.4 bənddən 104.2 bəndə yüksəldiyi görünür. İndeksdəki artıma baxmayaraq, alt detallardakı mənfi dəyişiklik diqqət çəkdi.
Əmək bazarı ilə bağlı gözləntilər mənfidir. İstehlakçıların cari əmək bazarına yanaşması mart ayında 153.0 punktdan 151.1 punkta düşdüyü halda, onun yaxın müddətli əmək bazarı ilə bağlı gözləntiləri 70.4 bənddən 73.0 bəndə yüksəlib. Son bir ayda əmək bazarı ilə bağlı nikbinlik olsa da, gözləntilər 80.0 bənd həddinin altında qalmaqdadır ki, bu da indeksdə 13 ay ərzində durğunluqdan xəbər verir.
Amma eyni zamanda iş şəraitinin pisləşdiyini düşünənlərin nisbəti artıb. Hesabatda istehlakçıların hazırkı iş şəraitinin pisləşdiyi bildirilib və sorğuda şəraitin pisləşdiyini bildirənlərin nisbətinin 17.4%-dən 19.3%-ə yüksəldiyi qeyd edilib.
Dünə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədr müavini Maykl Barr ABŞ Senatında son bank uğursuzluqları və federal tənzimləyicilərin müdaxiləsi ilə bağlı keçirilən iclasda ölkənin bank sisteminin möhkəm və dayanıqlı olduğunu, güclü kapital və likvidliyə malik olduğunu bildirib.
İflas edən bankların rəhbərliyin xalis faiz dərəcəsi və likvidlik risklərini həll edə bilmədiyini ifadə edən Barr, bankların lazımi tədbirləri görmədiyini müdafiə etdi.
Həmçinin investorlar FED-in faiz artımlarını dayandırması, hətta faiz endirimlərinə başlayacağı ehtimallarını qiymətləndirirlər. Qeyd edək ki, valyuta birjalarında növbəti iclasda bankın 80% ehtimalla faiz dərəcələrini dəyişməyəcəyi təxmin edilir.
Bu ziddiyyətli məqamlar fonunda dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?