Qlobal bazarlarda son vəziyyət
Keçən həftə proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) şahin addımlarını sona çatdıracağına dair ehtimalların güclənməsi fonunda cari həftənin ilk ticarət günündə də birjalarda müsbət tendensiya müşahidə olunub.
Bazarlardakı müsbət tendensiyada texnologiya ehtiyatlarının yüksəlişi diqqəti çəkir.
Süni intellekt tətbiqi "ChatGPT"-ni inkişaf etdirən "OpenAI"-nin həmtəsisçisi Sam Altmanın keçən həftə top menecer vəzifəsindən qovulmasından sonra Altman "Microsoft"-a süni intellekt tədqiqatlarının rəhbəri kimi qatılıb. Bu xəbərdən sonra "Microsoft"-un səhmləri 2%-dən çox dəyər qazandı. Çip istehsalçısı "Nvidia"-nın səhmləri də sabah açıqlanacaq balans hesabatından əvvəl 2%-dən çox bahalaşıb.
FED-in pul-kredit siyasətinə gəldikdə isə, bank rəsmilərinin şifahi təlimatları izlənməyə davam edərkən, Riçmond FED sədri Tomas Barkin iqtisadi məlumatların qiymət artımında sürətinin yavaşladığı halda iqtisadiyyatın böyüdüyünü, lakin bu irəliləyişin FED-ii inflyasiyaya qarşı qələbəsini elan etmək üçün kifayət etmədiyini ifadə etdi. Diqqətin inflyasiyanın hədəfə qədər azaldılmasına yönəldiyini təkrarlayan Barkin, inflyasiyanı "inadkar" olaraq gördüyünü bildirib. Faiz dərəcələrinin nə qədər yüksək qalacağına gəlincə, Barkin bunun inflyasiyanın gedişindən asılı olacağını qeyd edib.
Analitiklər, investorların monetar siyasət ilə bağlı perspektivləri qiymətləndirməyə davam etdiklərini və siyasətin gedişatına dair daha çox ipucunun bugün dərc olunacaq bankın son iclasının protokollarında axtarılacağını bildiriblər.
İstiqraz faizlərindəki eniş davam edərkən, ABŞ-ın 10 illik istiqraz faizləri 4.42%-ə enib.
Dollar indeksi (DXY) qarşısında güclü mövqelərini qoruyan major valyutaların qiymətlərində bahalaşma davam edir. Belə ki, EUR/USD 1.0960, GBP/USD 1.2530 hədlərinə kimi bahalaşmış, USD/JPY və USD/CHF məzənnələri isə müvafiq olaraq 147.35 və 0.8830 hədlərinə qədər ucuzlaşıblar.
Hazırda 1992$-dan təklif edilən qızılda isə (XAU/USD) "buğalar" qiyməti 1990$ həddinin üzərində qoruyub saxladıqları müddətcə, artım tendensiyası 2010$-a kimi davam edə bilər.
Bu gün isə Bakı vaxtı ilə saat 14:15-də İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin saat 20:00-da isəAvropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışlar, həmçinin saat 23:00-da FED-in son toplantısının dərc olunacaq protokolları major valyutaların, əsasən də EUR/USD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər. Eləcə də bugün saat 19:00-da isə Amerikanın mənzil bazarındakı satışlara dair statistik rəqəmlər dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Qala Həyat"ın ödənişləri 76% artıb
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
ƏDV geri al və onun üstünlükləri
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes planı necə yazmaq lazımdır?