Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətBugün ABŞ-da statistik məlumatların dərc olunmasının ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşır. EUR/USD valyuta cütlüyü ötən gün 1.0833 həddində ticarət olunsa da, 1.0857 həddinə qədər yüksəlib. Həmçinin, GBP/USD cütlüyü də 1.2847 həddindən 1.2864 həddinə qədər bahalaşıb. Dünən USD/JPY cütlüyü 152.180 səviyyəsindən 154.050 səviyyəsinə qədər bahalaşsa da, eniş tendensiyası qorunur və məzənnə 153.700 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.08% geriləyərək 104.28 bənd təşkil edib.
Dünən ABŞ-da ÜDM və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri açıqlanıb. Belə ki, ölkənin ikinci rübdə ÜDM-i ötən rüb ilə müqayisədə, ilkin hesablamaya görə, 2.8% artıb, iyulun 20-də başa çatan həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə 10 min azalaraq 235 min təşkil edib.
Qlobal bazarlarda son vəziyyətEkspertlərin fikrincə, ümumi mənzərə ABŞ iqtisadiyyatının keçən ildən bəri tədricən yavaşlamağa davam etməsini göstərir, ona görə də FED-in növbəti həftədə yeni yumşalma dövrünə başlamasına təcili ehtiyac yoxdur. Analitiklərin əksəriyyəti (93.3%) hesab edir ki, Federal Ehtiyatlar Sistemi iyulun 31-də uçot faiz dərəcəsini cari illik 5.25-5.5% səviyyəsində saxlayacaq, sentyabrda isə göstəricini endirəcəyini elan edəcək. Mütəxəssislərin əksəriyyəti ilin sonunda ölkədə 4.5-4.75%-lik faiz dərəcəsini proqnoz edirlər.
Eləcə də, bugün ABŞ-da dərc olunan bəzi statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Bakı vaxtı ilə saat 16:30-da ölkə əhalisinin gəlirlərinə dair rəqəmlər açıqlanacaq. Analitiklərin fikrincə, iyunda ABŞ əhalisinin gəlirləri may ayı ilə müqayisədə 0.4%, xərcləri isə 0.3% artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 26 iyul 2024

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler 1000 manatla biznes investisiya dollar mezenne telefonla pul qazanmaq