Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDonald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi bazar ertəsi günün əsas hadisə olub. Siyasətçi çətin ki, prezidentliyinin ilk günlərində Çinə rüsumlar tətbiq etsin. Qeyd olunur ki, Tramp ticarət müharibəsi elan etməzdən əvvəl Pekinlə dialoqa girməyə hazırdır. Eyni zamanda, Ağ Evin rəhbəri fevralın 1-dək Meksikanı və Kanadanı 25%-ə qədər tariflər tətbiq etməklə hədələyib. Bunların fonunda EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0266 səviyyəsindən 1.0434 səviyyəsinə qədər bahalaşdı. Lakin, sonradan bir qədər geriləyərək 1.0352 səviyyəsinə kimi ucuzlaşdı. Hazırda cütlük 1.0381 həddində ticarət olunub. 
Qızıl artım tendensiyasını davam etdirib. Dəyərli metal bugün artıq 2729$ səviyyəsinin üzərinə qalxa bilib. Trampın ABŞ-ın strateji neft ehtiyatını "tam doldurmaq" planları fonunda "Brent" markalı neftin bir barrel üçün dəyəri 80.50$-a qədər ucuzlaşdı. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bitcoin" dünən tarixi rekord hədd olan 109600$-a qədər bahalaşdıqdan sonra ucuzlaşıb. Kapitallaşmaya görə ən böyük kriptovalyuta Trampın axşamkı andiçmə mərasimindəki çıxışına enişlə reaksiya verdi. Buna səbəb kimi yeni seçilmiş ABŞ prezidentinin xalqa müraciəti zamanı bu sektoru qeyd etməməsi qeyd olunur.
Ötən gün dərc olunan məlumatlara əsasən Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 2.2% azalıb. Analitiklər 2.3%-lik azalmanın olacağını proqnoz etmişdilər. Almaniyada İstehsal Qiymətləri İndeksi (PPI) isə noyabr ayında 0.5% artıqdan sonra dekabr ayında 0.1% zəifləyib. 
Bugün Böyük Britaniyada açıqlanacaq əmək bazarı statistikası investorların diqqət mərkəzində olacaq. Həmçinin, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) Almaniya və Avrozonaya dair hesabatı dərc olunacaq. Bakı vaxtı ilə saat 12:00-da Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində görüşlər başlayacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler kripto internetden pul qazanmaq dollarin kursu bu gun 1000 manatla biznes