Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün Almaniyada və Avrozonada statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü dünən gün ərzində 1.0341 səviyyəsinə qədər eniş etdikdən sonra bahalaşdı və 1.0434 səviyyəsini test etdi. Hazırda məzənnə 1.0410 həddində ticarət olunur. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.2228 həddindən 1.2359 həddinə kimi bahalaşıb. 
Qızılın dəyəri artmaqda davam edir. Dəyərli metalın bir unsiyası 2754$-a ticarət olunur. Qiymət 2024-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, qeyd olunan həddə yüksəlib. "Brent" markalı neftin bir barrel üçün qiyməti isə 80$-ın bir qədər altına enərək 79.90$-a ticarət olunur. Həmçinin, Kanadada dünən inflyasiyaya dair göstəricilərin açıqlanması fonunda kəskin volatillik formalaşıb. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra bütün idxal olunan mallara dərhal rüsum tətbiq etmədiyinə görə dövlət istiqrazlarının gəlirliyi çərşənbə axşamı günü azalıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5.7 baza bəndi azalaraq 4.57%-ə qədər enib. 30 illik qiymətli kağızlar üzrə göstərici 6.7 baza bəndi azalaraq 4.793%, 2 illik istiqrazlar üzrə 1 baza bəndi azalaraq 4.281% təşkil edib.
Əvvəlki vədlərə baxmayaraq, Tramp yanvarın 20-də, andiçmə mərasimindən dərhal sonra ABŞ-a idxal edilən bütün malların həcminə əlavə rüsumlar tətbiq etməyib. Bir çox bazar iştirakçıları hesab edir ki, belə bir tədbir ölkədə inflyasiyanı kəskin şəkildə artıra bilər və bunun reallaşması bazar tərəfindən müsbət qarşılanıb. Ekspertlər hesab edir ki, Trampın hələ yeni tariflərlə bağlı sərəncam imzalamaması onun ilk növbədə ABŞ-ın ticarət tərəfdaşları ilə razılığa gəlməyə çalışacağına və tariflər təhlükəsindən danışıqlarda alət kimi istifadə edəcəyinə ümid yaradır.
Bugün Bakı vaxtı ilə saat 19:15-də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq əsas hadisədir. Həmçinin, qeyd etmək lazımdır ki, Davosda keçirilən Dünya İqtisadi Forumu davam edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 22 yanvar 2025

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler biznes krediti 1000 manatla biznes biznes xeberleri avtomobil xeberleri