Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞPandemiya dövründə 80 bəndi keçən Birjaların Qorxu İndeksi yaşanan bazar qasırğasında 50 bənd həddini aşaraq son 4 ilin ən yüksək səviyyəsinə çatıb.
Qlobal Fond Birjaları texnologiya səhmlərinin liderliyi ilə kəskin dəyər  itirdi. "Nasdaq 100" fyuçers indeksində itki 4%-ə çatdı, Yaponiya indeksləri son 10 ildən çox müddətdə ən kəskin gündəlik enişi yaşadı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABŞ iqtisadiyyatında yavaşlama ilə bağlı narahatlıqlar gücləndikcə, investorlar FED-in fövqəladə iclasda faiz dərəcələrini aşağı sala biləcəyi ehtimalını qiymətləndirməyə başlayıblar. Analitiklər bir nöqtədə FED-in 60% ehtimal olaraq bir həftə ərzində faiz dərəcəsini 25 baza bənd endirəcəyini ehtimal edirlər. Nəticədə, dollar zəiflədi və ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi bir ilin ən aşağı səviyyəsinə düşdü. "Wall Street"-in qorxu göstəricisi olan CBOE Dəyişkənlik İndeksi 2020-ci ildən bəri ən yüksək səviyyəyə qaldı.
"Nvidia Corp.", "Apple Inc." və "Tesla Inc." birja açılışından əvvəlki ticarətdə 7%-dən çox düşdü. "Berkshire Hathaway Inc." isə şənbə günü "Apple"-dakı payını azaltdığını açıqladı.
Cümə günü açıqlanan zəif əmək bazarı, xüsusilə də NFP hesabatından sonra FED-in faiz dərəcələrini azaltmaqda gecikməsi ilə bağlı narahatlıqlar səbəbilə bazarlar səhmlərdə satışa doğru yön dəyişiblər. Treyderlər "carry trade" işləmlərini bağlamağa tələsdikcə, satış dalğası Yaponiyada daha kəskin hiss olundu. Yen dollar qarşısında 3% dəyər qazandığı halda, "Topix" fond indeksi günü 12% ucuzlaşma ilə bağlanıb. İndeks 1959-cu ildən bəri ən böyük üç günlük itkisini yaşadı.
"Nasdaq" fyuçersləri 6.5% ucuzlaşdı. İyulun 10-da qeydə alınan rekorddan bəri indeks artıq 10%- dən çox dəyər itirib və korreksiya tərifinə uyğun gələn həddi keçib.
Təhlükəsiz sığınacaq axtarışında olan investorlar investisiyalarını dövlət istiqrazlarına, Yapon yenasına və İsveçrə frankına yönəldirlər. "Goldman Sachs" iqtisadçıları gələn il ABŞ-da resessiya ehtimalının 15%-dən 25%-ə yüksəldiyini açıqlasa da, riskin hələ də məhdud olduğunu və ümumilikdə iqtisadiyyatın "yaxşı" görünməyə davam etdiyini bildiriblər.
"Brent" nefti fyuçersləri bir barel üçün 75$-a qədər ucuzlaşaraq builki qazancları silib və yanvar ayından bəri ən aşağı səviyyəyə çatıb. "Bitcoin" dəyəri isə 10%-dən çox ucuzlaşıb.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb  / marja.az

Maliyyə     Tarix: 06 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler valyuta xeberleri valyuta mezennesi bitkoin qiymeti biznes krediti