"Rabitəbank" ASC III rübü xalis mənfəət ilə başa vurub

Rabitəbank 2024 cü ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2024-cü ilin 9 ayı ərzində Rabitəbank 19 milyon 183 min manat xalis mənfəət əldə edib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Cari ilin III rübündə Bankın aktivləri 12% artaraq 1 milyard 129 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Nəticədə ümumi kredit portfeli 813 milyon 875 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13% artaraq 379 milyon 370 min manata, o cümlədən, istehlak kreditləri portfeli 17% artaraq 281 milyon 725 min manata, ipoteka kreditləri isə 22% artaraq 152 milyon 779 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2024-cü ilin 9 ayı ərzində Rabitəbankda əmanətlər 9% artaraq 689 milyon 731 min manat olub.
Fiziki şəxslər üzrə əmanətlər isə 21% artaraq 458 milyon 758 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 28% artaraq 83 milyon 830 min manata çatıb. Qeyri-faiz gəlirləri isə 18% artımla 41 milyon 170 min manata yüksəlib.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 128 milyon 336 min manat olub.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 11 oktyabr 2024

Oxşar xəbərlər

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb. Qeyd edilib ki, "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərin


iqtisadi xeberler leobank kart bitkoin dollar məzənnəsi biznes ideyalari