Rəsmi Kiyev Kremllə danışıqlara hansı şərtlər altında gedəcəyini açıqladı
Ukrayna Rusiyanın yalnız bir neçə mühüm taktiki məğlubiyyətindən sonra Kremllə sülh danışıqlarına başlamağa hazırdır.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.
"Təəssüf ki, bu gün Rusiya ilə razılığa gəlmək mümkün deyil. Rusiya mütləq bundan imtina edəcək və ya razılaşma tərəflərini aldatmağa çalışacaq. O, özünün işğalçı imkanlarından tam istifadə edir və Ukrayna üçün qəbuledilməz olan status-kvonu təşviq etmək istəyir. Ona görə də başa düşmək lazımdır ki, Rusiya ilə danışıqlar prosesi yalnız rus qoşunlarının bir neçə mühüm taktiki məğlubiyyəti şərti ilə mümkündür", – M.Podolyak bildirib.
O əlavə edib ki, indi Kiyevlə Moskva arasında yalnız humanitar məsələlərlə bağlı dialoq var: əsirlərin mübadiləsi, ölənlərin cəsədləri, humanitar dəhlizlər, taxıl ixracı.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət