Rusiyada paltar və ayaqqabı satışı - 40% AŞAĞI DÜŞÜB
Rusiya Ukraynaya ilə müharibəyə başladıqdan sonra 2022-ci ilin fevralından indiyədək ölkədə paltar və ayaqqabı satışı kəskin azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı "Forbes" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Fashion Consulting Group" şirkətindən bildirilib.
Rusiyaya qarşı xarici sanksiyaların tətbiq edilməsindən sonra ölkədə 100-dən çox xarici brend fəaliyyətini dayandırıb. Nəticədə satışa təklif olunan paltar və ayaqqabı həcmi 30%-dən çox azalıb. Müharibənin başladığı fevralın 24-dən sonra ölkədə Zara, Massimo Dutti və başqa brendləri təqdim edən Inditex, eləcə də H&M, Uniqlo, Adidas və başqa şirkətlər fəaliyyətlərini dayandırıblar.
Satışların azalmasının bir səbəbi də əhalinin real gəlirlərinin aşağı düşməsidir. Belə vəziyyətdə yerli vətəndaşlar ilk növbədə geyim və ayaqqabıya qənaət etməyə üstünlük verirlər.
Əvəzində xarici brendlərin ölkəni tərk etməsindən sonra Rusiyanın yerli istehsalçıları fəallaşıblar. "Ozon" market pleysində yerli məhsulların, o cümlədən, paltar, ayaqqabı və aksessuarların təklifi 2,8 dəfə artıb.

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
"Freelance" nədir?
Evdə biznes qurmağın yolları
Dünyanın ən zəngin idmançıları
Biznes planı necə yazmaq lazımdır?