‘Rusiyanın kvotası’ Azərbaycanda qida yağını 40%-ə yaxın bahalaşdırıb – Yerli istehsalçı isə bu il üçün nikbin düşünür

‘Rusiyanın kvotası’ Azərbaycanda qida yağını 40%-ə yaxın bahalaşdırıb – Yerli istehsalçı isə bu il üçün nikbin düşünürBANKER.AZ — Azərbaycanda qarğıdalı yağının həm idxalı azalmaqdadır, həm də istehsal. Qiymətlər isə son bir ildə nə az, nə çox 37% artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan xaricdən 2022-ci ildə cəmi 33 503 ton həcmində ($50.98 mln.) xam qarğıdalı yağı idxal edib. Bu son 7 ilin ən aşağı rəqəmidir. İllik müqayisədə isə bu məhsulun idxalı 9 487 ton, yaxud 22% azalıb. İdxal edilən yağın əsas hissəsini – 30 016 tonu ($44.36 mln.) Rusiyadan alarkən, son illərdə ilk dəfə bu həcmdə 3 483 tonu ($6.6 mln.) Türkiyədən alıb.
Azərbaycan illərdir ki, bu böyük həcmdə idxaldan asılı olan qida yağını şimal qonşusu Rusiyadan alır. Əksər hallarda Azərbaycan idxalının 99%-i məhz bu ölkənin payına düşüb. Rusiyanın Ukrayna ilə "xüsusi əməliyyat" adlı başladığı müharibədən sonra dünya ticarət zənciri şokuna girib. Hər iki ölkənin ən iri ərzaq ixracatçıları olduğunu nəzərə alsaq, hər ikisindən öncəki ildəki kimi xaricə ixracı apara bilmədilər ki, bu da bir sıra ərzaqların qiymətlərini kəskin bahalaşdırmalı oldu. Xam palma yağı Malayziya birjasında tarixi maksimumlarda ticarət edilməkdədir.
Qarğıdalı və günəbaxan yağının ixracı üzrə dünyada Ukrayna və Rusiya əsas ixracatçıdırlar. 2021-ci ildə Ukrayna dünyaya 4.66 mln. ton həcmində qarğıdalı yağı ixrac edərkən, Rusiya 1.94 mln. ton edib.
2022-ci ildə Ukraynada qarğıdalının ixracı müharibə səbəbindən azalarkən, Rusiya həmin ilin ilk aylarından kvota ilə ixraca başladı. Hər il 2 mln. tona yaxın ixrac üçün 1.5 mln. ton kvota qoyulub.
Türkiyə, Çin, Hindistan, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Azərbaycan Rusiyanın bu qida yağı üzrə əsas müştəriləridir.
Rusiyanın idxala tətbiq etdiyi kvota və rüsumlar qiymətlərə kəskin təsir edib. Azərbaycan xam qarğıdalı yağının bir tonunu Rusiyadan 2021-ci ildə $1 299-a alarkən, 2022-ci ildə 14% baha, $1 478-ə alıb.
‘Rusiyanın kvotası’ Azərbaycanda qida yağını 40%-ə yaxın bahalaşdırıb – Yerli istehsalçı isə bu il üçün nikbin düşünürİSTEHSAL DÜŞÜR
2022-ci il Azərbaycanın qarğıdalı yağı istehsalı üçün azalma ilə yadda qaldı və cəmi  12 373 ton həcmində qarğıdalı yağı istehsal edildi. Bu 2021-ci ildən 10%-dən çox azalmadır. Ümumiyyətlə, yerli istehsal ölkədə 2019-cu ildə 13 483 tona yüksəldikdən sonra, aşağı doğru düşür.
İstehsalla bağlı bir neçə şirkətlə əlaqə saxlamağa çalışsaq da əksəriyyəti bunun səbəbini izah etmək istəmir.
Ölkənin əsas qida bazarının oyunçularından biri, istehsalçısı "Azersun Holding" MMC-dən isə sorğumuza cavabında azalmanı dünya bazarında kəskin bahalaşan xam mal ilə əlaqələndirir.
"Ötən il dünya bazarında xammal qiymətlərində baş vermiş kəskin artım ölkəmizdən də yan keçmədi. Nəticə etibarilə hazır məhsulların qiymət artımı insanların alıcılıq gücünün aşağı düşməsinə və istehlak həcminin azalmasına səbəb oldu"-deyə, "Azersun Holding" MMC bildirir.
"Azersun Holding"in ölkədə qida yağlarını istehsal edən iri zavodlara sahibdir. Holdinqin yağ fabriki illik 250 min ton (ümumi) yağ istehsalına malikdir.
Holdinq gələn il ilə bağlı nikbin düşünür: "2023-cü ildə qiymətlərdə həyata keçirilən ucuzlaşmalar nəticəsində istehlak və müvafiq olaraq istehsal həcminin artacağı ehtimal edilir".
QİYMƏTLƏR OD TUTUB YANIR
Yerli marketlərdə istər yerli, istərsə də xarici istehsal günəbaxan yağları son bir ildə kəskin dəyər qazanıb.
Məsələn, yerli istehsal qarğıdalı yağının 1 litri rəsmi olaraq 2021-ci ildə 5.43 manatdan 7.46 manata yüksələrkən xarici məhsullar isə 5.89 manatdan 7.74 manata yüksəlib.
Beləliklə, yerli məhsullar 37% bahalaşarkən, xarici məhsullar 31% bahalaşmış oldu.
Pandemiyadan öncə (dekabr, 2019) qarğıdalı yağının yerli markaları orta qiymətlə 3.88 manat/litr olarkən, xarici markalar 4.57 manat/litr idi.

Xəbərlər     Tarix: 28 fevral 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler en son xeberler 1000 manatla biznes biznes xeberleri rubl mezenne