"Russneft" Azərbaycandakı neft yataqlarını satıb - 34 MİLYON DOLLAR QAZANIB
Şirkət qeyd edir ki, 2024-cü ilin iyun ayında GEA Holdings Limited qrupunun sahibi olan Global Energy Cyprus Limited-in törəmə müəssisəsindəki payından imtina edib.
ABB səhmlərinə abunə yazılışı - DAHA RAHAT OLDU
"RussNeft"in Azərbaycanda neft-qaz layihələrində iştirak edən şirkətlərin daxil olduğu GEA Holdings Limited qrupunun satışından əldə etdiyi gəlir 3,052 milyard rubl təşkil edib. Bu, şirkətin materiallarından irəli gəlir.
RussNeft qeyd edir ki, 2024-cü ilin iyununda GEA Holdings Limited qrupuna sahib olan törəmə Global Energy Cyprus Limited-dəki payını satıb.
Öz növbəsində, GEA Holdings Limited törəmə və müştərək müəssisələr vasitəsilə Azərbaycanın dövlət şirkəti SOCAR ilə PSA layihələrində iştirak edir. Russneft 2014-cü ildə GEA Holdings Limited-i alıb. Bu şirkət və bir neçə əlaqəli müəssisə iyunun 30-dan etibarən "Russneft"in filialları siyahısından çıxarılıb.
Satışla əlaqədar olaraq, "Rusneft"in tərkibindən daha bir neçə şirkət çıxıb. Onlar aşağıdakılardır: "Kura Valley Holding Company", "Karasu Petroleum Company", "Karasu Development Company", "Karasu Operating Company", "Global Energy Azerbaijan Limited", "Global Energy Azerbaijan Management Limited", "Neftechala Petroleum Limited", "Neftechala Investments Limited", "Nefteçala Əməliyyat Şirkəti", "Absheron Petroleum Limited", "Apsheron Investments Limited", "Absheron Operating Company Limited", "Shirvan Petroleum Limited", "Shirvan Investments Limited", "Shirvan Operating Company Limited", "Repleton Enterprises Limited", "Azen Oil Company BV", "Binagadi Oil Company", "Global Energy Caspian". / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları