"Şahdəniz"də təbii qaz hasilatı bu il maksimum həddə çatacaq

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında təbii qaz hasilatı maksimum həddə çatacaq, yəni yataqdan ildə 25 milyard kubmetrə qədər təbii qaz hasil olunacaq.
Bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Layihənin operatoru olan BP maksimum hasilat müddətini mümkün qədər uzatmağa çalışır", – B. Aslanbəyli bildirib.
Onun sözlərinə görə, illik proqnozun yerinə yetirilməsi üçün gündəlik göstəricilər əsas götürülür: "Şahdəniz-2" yatağında isə hasilatın maksimum səviyyəsi ildə 16 milyard kubmetrə çatacaq. Operatorun məqsədi hasilat müddətini pik səviyyədə saxlamaqdır və şirkət bu istiqamətdə işləyir".
B.Aslanbəyli vurğulayıb ki, BP Azərbaycanda operatoru olduğu iki böyük layihədə – "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında resurs bazasının genişləndirilməsi üçün kəşfiyyat qazma işlərini davam etdirir: "AÇG yatağında dərinlikdə yerləşən təbii qaz laylarının ehtiyatlarının müəyyən edilməsi məqsədilə kəşfiyyat quyusunun qazılması artıq başa çatıb. Hazırda daxil olan məlumatlar əsasında Azərbaycan Dövlət Neft Şirkəti ilə texniki və kommersiya parametrləri ilə bağlı müzakirələr aparılır".
O, həmçinin bildirib ki, hazırda "Şahdəniz" yatağında kəşfiyyat quyusunun qazılması davam edir və bu da şirkət tərəfindən bir neçə il əvvəl aşkar edilmiş dərin laylardakı təbii qaz ehtiyatlarını qiymətləndirməyə imkan verəcək: "Amma bu, illik proqramdır, nəticələr yalnız ilin sonuna kimi əldə olunacaq və budan sonra onların interpretasiyasına başlanacaq".
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29.99 %), "LUKoil" (19.99 %), TPAO (19 %), SOCAR (14.35 %), NİCO (10 %) "SGC Upstream" (6.7 %) şirkətləri iştirak edir. / banker.az

Xəbərlər     Tarix: 27 iyul 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri en son xeberler bank faizleri