"Saudi Aramco"nun rəhbəri 2023-cü ildə neftə tələbatın artacağını proqnozlaşdırıb
Ən böyük enerji şirkətlərindən olan "Saudi Aramco"nun baş icraçı direktoru Amin Nasser bildirib ki, bu il neftə tələbat kəskin artacaq. Bunun səbəbi, cənab Nasserin fikrincə, iki amil olacaq: Çin iqtisadiyyatının bərpası və qlobal aviasiya bazarı.
Aviasiya bazarına gəlincə, cənab Nasser artımın səbəbini onda görür ki, təyyarə yanacağına tələbat indi pandemiyadan əvvəlki səviyyədən sutkada təxminən 1 milyon barel aşağıdır – bir il əvvəlki səviyyənin təxminən yarısı.
"Saudi Aramco"nun rəhbəri hesab edir ki, elektriklə işləyən avtomobillərin populyarlaşmasına və investorların bərpa olunan enerji mənbələrinə pul tökməsinə baxmayaraq, onilliyin sonuna qədər neftə tələbat artmaqda davam edəcək.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"Bloomberg" xəbər verir ki, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra "Brent" markalı neftin qiyməti demək olar ki, bir barel üçün 130 dollara yüksəlib, lakin son aylarda Çin, ABŞ və Avropadakı yavaşlamalar səbəbindən kəskin ucuzlaşıb.
2022-ci ildə OPEC xaricində neft hasilatının artımı sutkada 1.9 milyon barel təşkil edib. 2023-cü ildə hasilatın sutkada 1.5 milyon barel artaraq 67.2 milyon barrelə çatacağı gözlənilir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Az pulla hansı işi qurmaq olar?
"iPhone 15" modelinin üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən çox maaş verən şirkətləri
CV hazırlayarkən buraxılan 5 səhv