Şəhid Ravil Hümbətovun bacısı: "Altı yaşında çıxdığı rayonumuza silahla geri qayıtdı
"Qardaşım deyirdi ki, ya milli qəhrəman olacam, ya da general. Arzusu qismət olmadı".
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri şəhid Ravil Hümbətovun bacısı Sevda Babayeva qardaşının dəfn mərasimində mətbuata açıqlamasında deyib.
O bildirib ki, qardaşı bu il komando təlimində birinci yerə çıxmışdı:
"Ravil sevə-sevə hərbçi olmuşdu. Hərbi təlimlərə qatılırdı. Xüsusi təyinatlı idi. Baxmayaraq ki, tam başqa sahə üzrə təhsil almışdı Vətənini hər şeydən çox sevirdi. 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücaətə görə beş medalla təltif edilib.
Vətəninə, millətinə layiqli övlad idi. Ailəli idi, iki gül balası qaldı. Körpə balası beş aylıqdı, cəmi üç gün gördü balasını. Sonuncu dəfə bir ay qabaq danışmışdıq. Qardaşım Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Altı yaşında çıxdığı rayona silahla geri qayıtdı. Laçına qədər gedən döyüşlərdə vuruşub.
Amma sentyabrın 12-də Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkın şəhid olub. Qardaşım şəhid olanda bizə yaralanıb dedilər. Təlaşlandıq, xəstəxana soruşacaqdıq, bizdən ev ünvanımızı soruşdular. Onda şübhələndik ki, yaralını evə gətirməzlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?