Şəhid zabitin bacısı: "Ravil deyirdi ki, ya Milli Qəhrəman, ya da general olacam
"Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam. O, hərb peşəsini çox sevirdi. Bu yay komando təlimində birinci yer tutmuşdu. Hərbi təlimlərdə xüsusi fəallıq göstərirdi".
Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovun bacısı Sevinc Əliyeva deyib.
S.Əliyeva qeyd edib ki, Ravil hərb peşəsinə yüksək dərəcədə, biliklə yiyələnmişdi: "O, universitet bitirsə də, hərb peşəsini öz istəyi, həvəsi ilə seçmişdi. Bu peşədə sevə-sevə xidmət göstərirdi".
S.Əliyeva bildirib ki, Ravil Hümbətov 44 günlük Vətən müharibəsində də iştirak edib: "Döyüşlərdə xüsusi şücaətlər göstərmişdi. O, altmış səkkiz gün cəbhə bölgəsində qaldı. Bu yaxınlarda keçirilən antiterror əməliyyatında da iştirak etdi".
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olub. Şəhid bu gün İkinci Fəxri Xiyabanda dəfn edilib.
Ravil Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi iki gün görmək nəsib olub.
Ermənistan silahlı qüvvələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?