Şəhidlərin dəfnində dini şüarlar səsləndirənlər barədə tədbir görülür - DİN
Daxili İşlər Nazirliyi şəhidlərin dəfn edilməsi zamanı dini şüarlar səsləndirən, səs-küy salan şəxslərlə bağlı açıqlama verib.
azxeber.com xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər: "Sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq.
Bildirim ki, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət