Səyahət edən hər kəsin sevdiyi məkan – Duty Free dükanların mahiyyət nədir? Bir çox məhsulun orada ucuz olması səbəbi nədir?

Səyahət edən hər kəsin sevdiyi məkan – Duty Free dükanların mahiyyət nədir? Bir çox məhsulun orada ucuz olması səbəbi nədir?Heç bir rüsum olmadan, idxal, satış, əlavə dəyər və sairə kimi vergilərin nəzərə alınmadığı bir şəraitdə hər hansı bir əmtəəni ala bilmək vəziyyətini ifadə edir. Rüsum və ya vergilərin olmadığı dükanlar beynəlxalq səfərlərin cazibədar xüsusiyyəti hesab olunur.
Belə pərakəndə ticarət müəssisələri istehlak məqsədi ilə ölkədən çıxarılacağı anlayışı ilə rüsum və vergilərdən azad olan malları satır. Hava limanı mağazalarında rast gəlinən bir çox məşhur vergidən azad məhsullara əsasən içki, şokolad və ətir kimi məhsullar daxildir.
Duty-Free necə işləyir?
Normal şəraitdə alış-veriş etdiyiniz zaman idxal, satış, əlavə dəyər (ƏDV) və ya aldığınız mallara görə digər yerli vergi və ya rüsumları ödəməyiniz lazım gəlir. Bununla belə, beynəlxalq hava limanlarında, dəniz terminallarında, kruiz gəmilərində və beynəlxalq aviareyslərdə alış-veriş edərkən, alış-verişiniz neytral ərazidə, heç bir dövlətin vergi və ya rüsumu tətbiq edilmədən icra olunurmuş kimi hesab olunur.
Avropa İttifaqında (Aİ) rüsumsuz alış-verişin bir geridönüş sistemi mövcuddur. Aİ ölkələri arasında səyahət edərkən səfərdə aldığınız mallara görə həmin dövlətdə qüvvədə olan rüsum ödənilir və ya vergi tutulur. AB ölkəsinə səyahət edərkən və ya ölkədən kənara çıxdığınız zaman məhsullar üzrə ödədiyiniz əlavə rüsum və ya vergi ödənişi geri qaytarılır. Yəni səyahət edən şəxs Avropa İttifaqı ölkələrində tətbiq olunan əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etməlidir.
"Duty Free" adı ilə tanınan dükanlar dəbdəbə, zənginlik ab-havası yaratmaq məqsədilə bir sıra hallarda premium markalı çox bahalı mallar və ya ev sahibi ölkəyə aid yüksək keyfiyyətə malik, bəzən də əl işi olan dəyərli xatirə əşyaları da satırlar.
Duty-Free mağazalarda bir sıra mallar ölkə daxilində satılanlarla müqayisədə niyə bu qədər ucuzdur?
Siz öz ölkənizdə müəyyən mallar aldıqda, ümumi qiymətə idxal, satış və əlavə dəyər kimi vergi və ya rüsumlar da daxil olur. Duty Free mağazalarda alış-veriş zamanı isə siz həmin xüsusi vergiləri ödəmirsiniz, ona görə də məhsul daha ucuz olur.
Duty-Free qaydaları nədir?
Xüsusi hallar ilə bağlı rüsum və ya vergilərdən azad alış-verişlər ilə bağlı bəzi istisnalar ola bilər; lakin, əsas qayda ondan ibarətdir ki, siz yalnız bir ölkəni və ya ərazini tərk edib digərinə gedərkən rüsum və ya vergilərdən azad məhsul ala bilərsiniz. Çünki əldə edəcəyiniz məhsulun artıq həmin ölkə ərazisində istehlak edilməyəcəyi dəqiqdir.
Nə qədər Duty Free məhsulu ilə ölkəyə daxil ola bilərəm?
Hər bir dövlətdə rüsum və ya vergidən azad məhsulun ölkəyə daxilolmasında xüsusi norma və ya limitlər mövcuddur. Bu məhdudiyyətlər ümumiyyətlə ölkəyə qaytarılan malların dəyərinə və ya miqdarına şamil edilir. Xüsusi məhdudiyyətləri öyrənmək üçün ölkənizə aid müvafiq qurumlardan, onların veb-saytlarından məlumat əldə edə bilərsiniz. 
Mənbə: Investopedia.com / fed.az

Biznes     Tarix: 17 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler pul qazanmaq en son xeberler biznes krediti bitcoin