"Shell" ABŞ-a köçürülə bilər – "Financial Times"
Neft və qaz şirkəti "Shell" qərargahını ABŞ-a köçürə bilər. Bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, belə bir ehtimalı şirkət rəhbərliyi, o cümlədən hazırkı baş direktoru Vael Savan nəzərdən keçirib. Şirkət tərəfindən Londondakı aktivlərinin konsolidasiyasına qərar verilib.
Qəzet ABŞ-a köçürülmə perspektivlərini səbəb kimi "Shell" və onun əsas rəqibləri olan "ExxonMobil" və "Chevron" şirkətlərinin qiymət fərqini adlandırır. Qərargahın köçürülməsi planlarından imtina edilməsinə baxmayaraq, "Shell" rəhbərliyi ABŞ investorları üçün onun cəlbediciliyini artırmağa çalışır. Bunun üçün şirkət hətta neft hasilatını hər il 1-2% azaltmaq planından imtina edə, eləcə də bərpa olunan enerji mənbələrinə keçidi ləngidə bilər.
"Shell" 176 milyard funt sterlinq (215.2 milyard dollar) kapitallaşma və 316 milyard funt sterlinq (382 milyard dollar) təxmin edilən gəlirlə Böyük Britaniyanın ən böyük şirkətidir. "Financial Times" qeyd edir ki, onun ABŞ-a köçməsi Londonun qlobal maliyyə mərkəzi statusunu sarsıda bilər. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?