Siz hansı oyunu oynayırsınız?

Siz hansı oyunu oynayırsınız?Hər birimiz həyatımızda müxtəlif  ssenarilərdə rollar oynayırıq. Bəs bilirsinizmi ki, bu rolların oynamağımızın əsas mənbəyi haradan gəlir?
Məhşur psixoloq Erik Bern "İnsanların oynadığı oyunlar" adlı kitabında insanların müəyyən vəziyyətlərdə oynadıqları oyunlardan bəhs edir. İnsanın müəyyən eqo vəziyyətlərinə daxil olduğunu, bu eqo vəziyyətlərinin də Valideyn, Yetkin və Uşaq kimi üç fərqli formada özünü göstərdiyini qeyd edən müəllif gündəlik həyatımızda oynadığımız və ya bizə qarşı oynanılan oyunları anlamağa kömək edir.
www.readit.az bu möhtəşəm kitabın məzmunundan kiçik bir parçanı oxuculara çatdırır.
Oyun Analizi
Müəllifin fikrincə, körpələr üçün fiziki təmas həyati əhəmiyyətli bir tələbat olduğu kimi, böyüklər üçün də "sığallanmaq" əhəmiyyətli bir tələbatdır. Bernin fikrincə, bu "hər hansı bir insanın digər insanın varlığını qəbul etdiyini göstərən bir mesajdır". Oyunlar da bu "sığallanma" tələbatını ödəmək üçün yaradılıb.
Psixoloq və psixiatr Erik Bern düşünür ki, hər bir insanın həyatı 6 yaşına qədər proqramlaşdırılır, sonra isə biz bu proqramlarla hərəkət edirik. Uşağın rəftarını analiz edərək onun gələcəkdə qalib və ya məğlub olmasını müəyyən edə bilərik. Erik Bern bu kitabında müxtəlif ssenarilərin necə işlədiyini, niyə bəzilərinin qalib ssenarisini aldığını, digərlərinin isə məğlub ssenarilər ilə hərəkət etyini oxuculara çatdırır. Müəllif bu kitabda taleyi aldadaraq məğlub ssenarisini qalib ssenarisinə dəyişməyin yollarını oxuculara çatdırır.
Bəzi psixoterapiya qruplarında məhsuldar şəkildə həyata keçirilən sosial fəaliyyətin müşahidəsi göstərir ki, vaxtaşırı olaraq insanların duruşları, baxışları, səsləri, söz ehtiyatı və davranışlarının digər istiqamətlərində nəzərə çarpan dəyişikliklər baş verir. Bu davranış dəyişiklikləri bir çox hallarda hisslərdəki dəyişiklikləri də müşayət edir. Həmin dəyişikliklər və fərqlər "mənlik vəziyyətləri" fikrini yaradır.
Texniki terminologiya baxımından yanaşdıqda, mənlik (eqo) vəziyyəti duyğu sistemi və hərəkət modeli kimi ifadə edilə bilər. Daha dəqiq desək, o uyğun davranış qəliblərini dəstəkləyən duyğu sistemidir. Mənlik vəziyyətləri fərdin rolları baxımından yox, psixoloji reallıqlar baxımından məhdud repertuara sahibdir.
İnsanlar arasındakı sosial münasibətə oyun dilində əməliyyat deyilir. Əgər iki və ya daha çox insan hansısa bir mühitdə bir-biri ilə rastlaşarsa, gec ya tez onlardan biri danışacaq, yaxud digər insanın varlığını qəbul etdiyini göstərəcək. Buna əməliyyat stimulyatoru deyilir. Bu vaxt digər şəxs də həmin davranışa reaksiya və ya cavab verəcək: bu isə əməliyyat/cavab adlanır. Sadə əməliyyat analizi hansı eqo vəziyyətinin stimulyator, hansının isə cavab reaksiya rolunda olduğunu müəyyənləşdirməklə bağlıdır.
Bern hər hansı bir sosial münasibətin (neqativ olsa belə) onun ümumiyyətlə olmamasından daha yaxşı olduğunu düşünür. Bu səmimilik ehtiyacı insanların niyə "oyunlara" daxil olduqlarını da izah edir. İnsanlar bəzi gizli motivasiyaları təmin etmək üçün oyun oynayır və demək olar ki, bütün oyunlar müəyyən "ödəniş" (əvəz, qarşılıq) tələb edir. Bu da insanların daxil olduqları oyunlardan xilas olmaq istəklərinin səbəbini izah edir.
Bir çox hallarda insanlar oyun oynadıqlarını anlamırlar; bu onlar üçün sadəcə sosial əlaqənin adi bir hissəsidir.
Ardını Readit kitabxanasından əldə edərək onlayn oxuya bilərsiniz =>
Yeri gəlmişkən, əgər siz effektiv idarəetmə, satış və marketinq, strateqiya ssenarilərinə yiyələnmək istəyirsinizsə, özündə 15 ən məşhur kitabı birləşdirən "Daha Ağıllı ol!" kitabını sifariş edin. Bakı və rayonlara çatdırma mövcuddur. /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin