TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıbBu ilin yanvar-iyun aylarında Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 6.3 milyard kubmetr həcmində "mavi yanacaq" ötürülüb.
Bunu TAP AG konsorsiumundan bildirilib.
Qeyd edilib ki, bunun 5 milyard kubmetri İtaliyaya, 0.4 milyard kubmetri Yunanıstana və təxminən 0.8 milyard kubmetri Bolqarıstana daşınıb.
Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 25.8 milyard kubmetr qaz nəql edilib. Bunun 1.22 milyard kubmetri Bolqarıstana, 2.8 milyard kubmetri Yunanıstana, 21.6 milyard kubmetri isə İtaliyaya göndərilib.
Konsorsiumdan bildirilib ki, 2022-ci ildə TAP vasitəsilə 11.35 milyard kubmetr qaz daşınıb və bunun 9.69 milyard kubmetri İtaliyaya, 1.13 milyard kubmetri Yunanıstana, 0.44 milyard kubmetri Bolqarıstana ötürülüb.
"TAP-ın ilkin gücü (10 milyard kubmetr) 2013-cü ildə 25 il müddətinə bağlanmış uzunmüddətli müqavilələr əsasında çatdırılır. İlkin tutumun təqribən 5 %-nə uyğun gələn qısamüddətli tutum "PRISMA" tutum sifarişi platforması (https://edp.tap-ag.com/) vasitəsilə Avropa qaydalarına uyğun olaraq auksionlar vasitəsilə bron etmək üçün əlçatandır", – TAP AG qeyd edir.
Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükünə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlanılıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. / banker.az

Xəbərlər     Tarix: 27 iyul 2023

Oxşar xəbərlər

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri en son xeberler bank faizleri