Tələbələr Gənclər Günündə "PAŞA Bank"ın qonağı olub
®Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank", gənclərin peşəkar inkişafını dəstəkləyən bir sıra layihələrin təşəbbüskarıdır. Bank, gənc istedadları dəstəkləməklə, daha dayanıqlı gələcəyin qurulmasına və ölkənin tərəqqisinə öz töhfəsini vermək niyyətindir.
Bankın bu istiqamətdə keçirdiyi növbəti tədbir fevral ayının 2-si Gənclər Gününə təsadüf edib. Belə ki, "PAŞA Bank"ın əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin tələbələrinin baş ofisə ziyarəti baş tutub. "PAŞA Bankda bir gün" adlı bu tədbir vasitəsilə maliyyə, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan 30-a yaxın tələbə qatılıb. Onlar Bankın müxtəlif şöbələrinin iş fəaliyyəti və gündəlik iş prosesləri ilə tanış ola, Bank əməkdaşları ilə ünsiyyət saxlaya bilib. Bank əməkdaşları tələblərin işə qəbul, büdcələmə, kreativ dizayn və digər sahələrə dair suallarını cavablayıb.
Xatırladaq ki, "PAŞA Bank", müntəzəm şəkildə müxtəlif təlim sessiyaları, master-klaslar və təcrübə proqramlarını təşkil etməklə, öz zəngin təcrübəsini tələbələrlə bölüşür. Bununla da Bank, tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur. Təsadüfi deyildir ki, təcrübə proqramını uğurla bitirmiş bir sıra gənc Bankda əməkdaş olaraq çalışır.
/ banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
CV hazırlayarkən buraxılan 5 səhv
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
5 liderlik göstəricisi
ƏDV geri al və onun üstünlükləri
McDonalds haqqında maraqlı faktlar