Teleqram kanal sahibləri reklam gəlirlərini 50%-dək əldə edə biləcəklər
Teleqram kanallarının sahibləri 2024-cü ilin mart ayından etibarən reklam gəlirlərini 50 faizədək alacaqlar.
Bu barədə "Telegram"ın təsisçisi Pavel Durov bildirib.
O qeyd edib ki, pul köçürməsi TON blokçeyn vasitəsilə həyata keçiriləcək. Buna görə, teleqram kanallarının sahibləri "toncoin" – "Open Network"da istifadə olunan kriptovalyutada gəlir əldə edəcəklər.
"Mart ayında teleqram reklam platforması rəsmi olaraq 100-ə yaxın ölkədə bütün reklamçılar üçün açıq olacaq. Bu ölkələrdəki kanal sahibləri teleqramda reklam yayımlamaqdan əldə etdikləri gəlirin 50 faizini almağa başlayacaqlar", – deyə Durov bildirib. O əlavə edib ki, kanal sahibləri bu vəsaitləri ya nağdlaşdıra, ya da onları kanallarının tanıdılması və modernləşdirilməsinə yenidən investisiya edə bilərlər. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə