Təmir xərcləri icarə haqqı ilə əvəzləşdirildikdə hesabatda necə göstərilməlidir?

Təmir xərcləri icarə haqqı ilə əvəzləşdirildikdə hesabatda necə göstərilməlidir?Qanunvericiliyə əsasən, icarə münasibətlərində təmir xərclərinin icarə haqqı ilə əvəzləşidirilməsi halı mümkündür. Mühasibat mütəxəssisi Orxan İsgəndərov bu zaman aparılan əməliyyatlar və hazırlanan hesabatlar barədə ətraflı şərh verib.
Təmir xərclərinin icarə haqqı ilə əvəzləşidirilməsi əsasən müqavilələrdən asılıdır.
Tutaq ki, icarədarla icarəçi arasında aylıq məbləği 1.000 manat olan icarə müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə görə, çəkilən təmir xərcləri icarə haqları ilə əvəzləşdirilir. İcarəçi ay ərzində 200 manat təmir xərci çəkir və icarəçiyə icarə haqqı kimi 800 manat ödəyir. Bu zaman təmirə çəkilmiş 200 manat icarə haqqının tərkibində gəlirdən çıxılan xərcə aid ediləcək.
Bəs bu halda icarədar fiziki şəxs olarsa, ödəmə mənbəyində verginin tutulma halı necə olacaq?
Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, fiziki şəxslərə icarə haqqı üçün ödənilən məbləğdən 14 faiz ödəmə mənbəyindən vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Burada əsas məsələ budur ki, fiziki şəxsə 800 manat ödənilib. Bu zaman ödənilən 800 manatdan ödəmə mənbəyində vergi hesablanmalıdır, yoxsa ümumi icarə haqqı xərci kimi tanıdığımız 1.000 manatdan? 200 manat necə nəzərə alınacaq?
Vergi məcəlləsinin 150.5.2-ci maddəsinə əsasən "Vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt" ödəmə mənbəyindən vergi tutulmalıdır.
Yuxarıdakı misalımızda da 200 manat təmir xərcinin icarə haqqı ilə əvəzləşdirilməsi qarışlıqlı hesablaşmanın aparılması sayılır. Bu səbəbdən ödəmə mənbəyindən verginin tutulması 1.000 manat ümumi (icarə xərci kimi tanınan) məbləğdən hesablanacaq. / banker.az

Xəbərlər     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bitkoin qiymeti valyuta kurslari