"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan "The Digital Banker" "Global AI Innovation Awards 2026" mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə "Best AI-Powered Retail Bank–Azerbaijan" nominasiyasının qalibi ABB olub.
Bu mükafat ABB-nin süni intellekt əsaslı bankçılıq həllərinə, o cümlədən müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan-ın yaratdığı imkanlara verilən beynəlxalq qiymətdir.
"Global AI Innovation Awards" maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə mühüm yeniliklər yaradan qurumları müəyyənləşdirən beynəlxalq mükafat proqramıdır. Proqram çərçivəsində maliyyə təşkilatlarının süni intellekt əsasında hazırladığı məhsul və xidmətlər, müştəri təcrübəsinin inkişafı, məlumatlara əsaslanan qərarvermə, risklərin idarə edilməsi, əməliyyat səmərəliliyi və innovativ biznes modellərinin yaradılması kimi istiqamətlər qiymətləndirilir.
Mükafat proqramında namizədlər "The Digital Banker"in araşdırma komandası, süni intellekt sahəsi üzrə mütəxəssislər və müstəqil beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir. Münsiflər heyətində KPMG, Bain & Company və Accenture kimi beynəlxalq şirkətlərin ekspertləri təmsil olunur.
"The Digital Banker" platormasının Baş ofisi Sinqapurda yerləşir. Təşkilatın pərakəndə bankçılıq üzrə "Global Retail Banking Innovation Awards" mükafat proqramı 2018-ci ildən elan olunub. Mükafatın qalibləri ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 21 oktyabr 2026

Oxşar xəbərlər

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasında

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus "Bank of New York Mellon" arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Tale

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək. xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Ris

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib. xəbə


iqtisadi xeberler depozit faizleri valyuta kurslari biznes ideyalari investisiya