"TikTok"un Azərbaycanda gündəlik auditoriyası 3 milyondur
"TikTok" rəsmiləri yenidən Bakıya gəlib.
Bu barədə İKT üzrə ekspert Osman Gündüz feysbuk səhifəsində bildirib.
Onun sözlərinə görə, bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir:
""TikTok"un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib. "TikTok" rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər.
"TikTok" rəsmisi ilə görüşdə Azərbaycanın rəqəmsal bazarı, ölkədə qlobal şirkətlərlə bağlı hazırlanan yeni tənzimləyici sənədlər haqqında məlumat verdim. Belə anladım ki, "TikTok" rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda "TikTok"un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər".
O. Gündüz xatırladıb ki, hazırda regionda yalnız Rusiya və Qazaxıstanda "TikTok"un rəsmi ofisləri fəaliyyət göstərir. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir